VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
11/10/2016 [10:07] - Cəmiyyət ( 236 dəfə baxılıb)
Narazılıq artır: 50 manatlıq cərimə əvəzinə 150 manatlıq cərimə

Son günlər avtomobilin təkər ölçülərinə görə sürücülərin DYP əməkdaşları tərəfindən saxlanılmasına dair məlumatlar çoxalıb. Belə hallar Bakı şəhərində daha tez-tez baş verir.

Sürücülərin Avtosfer.az-a verdiyi məlumatları təhlil edəndə aydın olur ki, heç də hər şey qanunauyğun deyil. Özü də həm qanunvericilikdə problem var, həm də onun tətbiqi təcrübəsi bərbaddır.

Qanunvericilikdəki problem çoxdan məlumdur və bunu dəfələrlə vurğulasaq da, həmin hüquqi məsələlərə aydınlıq gətirmək istəyən yoxdur. Təcrübədəki problem isə son vaxtlar bir qədər fərqli məzmunda aktuallıq kəsb edib.

Məsələ belədir:

DYP əməkdaşı avtomobilin üzərindəki təkərlərin başqalarından bir balaca fərqləndiyini gördükdə onu dayandırır, hər hansı araşdırma aparmadan deyir ki, disklərin (özü də məhz disklərin) ölçüləri düz deyil, avtomobil cərimə meydançasına getməlidir, buna görə 150 manat cərimə nəzərdə tutulur və s.

Bəs əslində necə olmalıdır?

Əvvəlcə bu söhbətdəki terminoloji qüsurlara baxaq. Deyilən məsələ nə diskin, nə də təkərin ölçüləri deyil. Söhbət şin ölçülərindən getməlidir. Amma loru yanaşma ilə hesab edək ki, disk ölçüsü və ya təkər ölçüsü deyənlər də məhz şin ölçüsünü nəzərdə tuturlar.
Avtomobillərin təkərlərinə dair kifayət qədər geniş texniki (fiziki, kimyəvi və s.) tələblər bu yazının mövzusu deyil. Bu tələblərdən yalnız şinlərin ölçüsünə aid olanını nəzərdən keçirək. Təkər avtomobilin təhlükəsiz hərəkətini təmin edən ən vacib detallardan biri olduğundan ona dair normativlərin pozulması yolverilməzdir. O cümlədən təkər şininin ölçüləri də təhlükəsizlik üçün çox önəmlidir və hər bir avtomobildə buna riayət edilməlidir. Şinlərin ölçüləri təkərin yol örtüyünə normal ilişməsini, yəni tormozlanma və sürətlənməni, mühərrikin gücünə uyğun hərəkət sürətini, sükan idarəetməsinin səmərəliliyini və başqa bəzi dinamik göstəriciləri təmin edən əsas meyarlardan biridir.

Şinin ölçülərini hər bir konkret avtomobil modeli üçün istehsalçı müəyyən edir. Müəyyən edilən ölçü avtomobilin bütün göstəriciləri nəzərə alınaraq hesablanır və tətbiq olunur. Müasir avtomobil modellərində şin ölçülərinin fərqli kombinasiyalarından istifadə edilə bilir. Ona görə də əksər avtomobil modellərində istehsalçı bir neçə fərqli şin ölçüsü nəzərdə tuta bilər. İstehsalçının müəyyən etdiyi (tövsiyyə etdiyi) şin ölçüləri avtomobilin banının müxtəlif yerlərinə (məsələn, qapı dayağına, əlcək yeşiyinin içinə və s.) yapışdırılmış xüsusi lövhələrdə (mətnə əlavə olunan şəkildəki kimi), avtomobilin istismarına dair təlimat kitabçasında göstərilir. Bundan başqa, istənilən modelin şin ölçüləri ilə bağlı müxtəlif internet portallarından məlumat almaq olar.

Şin ölçüsü üç rəqəmdən ibarətdir. Məsələn, 235/60R18. Burada birinci rəqəm (265) şinin protektorunun enini (265 mm və ya 26,5 sm), ikinci rəqəm (60) şinin profilinin hündürlüyünün protektorun eninin neçə faizini təşkil etməsini (məsələn, bu misalda 60 o deməkdir ki, həmin şinin profili protektorun 60 faizi, yəni 141 mm və ya 14,1 sm-dir), R şinin radial konstruksiyaya malik olduğunu, üçüncü rəqəm isə həmin şinin geyindiriləcəyi diskin diametrini (düym-də) bildirir. Bizim misalda şinin geyindiriləcəyi diskin diametri 18 düym və ya təxminən 45,72 sm-dir.

Hər bir konkret şinin üstündə onu istehsal edən zavod ölçülərini də göstərir. Ona görə də avtomobilin altındakı konkret təkərə baxıb onu istehsalçının müəyyən etdiyi ölçülərlə müqayisə edərək, çox asanlıqla müəyyən etmək olar ki, bu avtomobildə bu təkərlərin istifadəsi düzgündür, ya yox.

Nəzərə almaq lazımdır ki, avtomobillərin fərqli oxları üçün fərqli şin ölçüləri müəyyən oluna bilər. Lakin eyni oxdakı şinlərin ölçüsü və protektor naxışları eyni olmalıdır (hətta eyni oxda protektor naxışlarının qalan hündürlüyünün də eyni olması məsləhətdir).

Digər maraqlı məsələ isə şinlərin ölçüsünün istehsalçının müəyyən etdiyi variantlardan heç birinə uyğun gəlmədiyi halda sürücünün məsuliyyəti məsələsidir. Qeyd etdim ki, bu məsələdə problem var. Həmin problem İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsində və onun tətbiqi təcrübəsindədir. Belə ki, Məcəllənin 342.2.2-ci maddəsində normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat cərimə nəzərdə tutulur və bu xəta törədilmiş olduqda həmin pozuntunu yerində aradan qaldırmaq mümkün olmadıqda avtomobil cərimə meydançasına aparılır. İXM-in 342.5-ci maddəsində isə təkərləri və şinləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar edən sürücünün 50 manat cərimələnməli olduğu təsbit edilir. İXM-in 342.5-ci maddəsini "Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsində nəzərdə tutulan nasazlıqlar siyahısına müvafiq tətbiq etməliyik. Həmin Əlavənin 5-ci hissəsinin 4-cü bəndində isə aydınca şəkildə deyilir ki, şinlər ölçüsünə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə, bu, həmin nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıq sayılır. Yəni bu nasazlıq olduqda və onu aradan qaldırmaq mümkün olmadıqda sürücü İXM-in 342.5-ci maddəsi üzrə 50 manat cərimə olunmalıdır.

Göründüyü kimi, təkər söhbətində bu iki norma arasında rəqabət var.

Bəs bu rəqabət necə həll olunmalıdır? Suala cavab vermək üçün "avadanlıq” sözünə anlayış verməliyik. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun 2011-ci ildən dərc etdirdiyi "Azərbaycan dilinin izahlı lüğəti” kitabının I cildinin 165-ci səhifəsində avadanlığa belə anlayış verilir: avadanlıq – bir iş üçün lazım olan təchizat və ləvazimat; maşınlar, alətlər, cihazlar, mexanizmlər, qurğular və s. Göründüyü kimi, bu anlayış çox ümumidir və ona istinadən "Təkər avdanlıqdır, ya yox?” sualına birmənalı cavab vermək mümkün deyil. Həm də nəzərə alaq ki, bizim araşdırmamızda söhbət "avadanlığ”ın nisbətən xüsusiləşmiş, dar mənasından – "nəqliyyat vasitəsinin avadanlığı”ndan gedir. Bu ifadənin isə lüğətdə izahı mövcud deyil. Amma "Yol hərəkəti haqqında” Qanunda və bu sahəyə aid başqa qanunvericilik aktlarında həmin ifadəyə rast gəlinir. Düzdür, ona normativ anlayış verilmir, lakin qanunvericilikdə işlədilən mənasından belə başa düşülür ki, nəqliyyat vasitəsinin avadanlığı dedikdə, onun konstruksiyasının bütün elementləri nəzərdə tutulub. Hər bir halda yenə də bu ifadədə tam müəyyənlik olduğunu söyləyə bilmirik. Təcrübədə yaranan ilk problem də elə bununla bağlıdır: bəzi şəxslər konstruksiyanın heç də bütün elementlərinin avadanlıq olduğunu düşünmürlər. Çünki doğurdan da, məsələn, təkərin bərkidildiyi bolta avadanlıq demək çətin məsələdir.

Beləliklə, İXM-in 342.2.2-ci maddəsinin tətbiqindəki ilk problem bu normadakı qeyri-müəyyənlikdir. Müasir hüquq təcrübəsi isə qeyri-müəyyən, mücərrəd, çoxmənalı yozuma imkan verən ifadə və sözləri inkar edir.

İXM-in 342.2.2-ci maddəsinin ikinci ciddi problemi onun quruluşu və mənası ilə bağlıdır. Normadan görünür ki, xəta sayılan əməl avadanlığın quraşdırılması və ya dəyişdirilməsidir:

1) bu normanın konkret sürücü barəsində tətbiqi üçün sübut edilməlidir ki, həmin avadanlığı məhz bu sürücü quraşdırıb və ya dəyişdirib. Çünki norma yalnız həmin hərəkətləri etməyə və həm də yalnız onları edən şəxs üçün məsuliyyət müəyyən edir. Özü də bu əməl qəsdən törədilən əməldir. Ona görə də nəzəri xırdalıqlara getmədən deyə bilərik ki, sürücünün bu əmələ görə tənbeh edilməsi üçün avadanlığın quraşdırılmasını və ya dəyişdirilməsini onun etdiyi sübut olunmalıdır;

2) bu normanın konkret sürücü barəsində tətbiqi üçün normativ tələbləri pozmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş nəqliyyat vasitəsinin idarə olunması (istismar edilməsi) önəmli deyil. Başqa sözlə, normanın hərfi mənasına görə hətta kiminsə şəxsi həyətində olan belə avtomobilə görə onu məsuliyyətə cəlb etmək olar. Aşkar görünür ki, bu da məntiqsizdir. Çünki ola bilsin ki, kimsə həyətində öz köhnə avtomobilinin avadanlıqlarını dəyişdirib onun içərisində toyuq-cücə saxlayır. Ümumiyyətlə, yol hərəkətinə dair qanunvericiliyə diqqət etsək, görərik ki, sürücünün üzərinə avtomobilin sadəcə texniki problemləri olmasın vəzifəsi yox, həmin texniki problemləri olan avtomobili idarə etməmək (istismar etməmək) vəzifəsi qoyulur. Deməli, İXM-in 342.2.2-ci maddəsində həm də ciddi məntiqsizlik var.

Yuxarıda göstərilən iki kifayət qədər ciddi səbəbdən çıxış edərək hesab edirəm ki, idarə etdiyi avtomobilin şin ölçüləri (loru dildə desək, təkər ölçüləri) istehsalçı zavodun müəyyən etdiyi (tövsiyyə etdiyi) ölçülərə uyğun gəlməyən avtomobilin sürücüsü İXM-in 342.2.2-ci maddəsi üzrə deyil, 342.5-ci maddəsi üzrə (təkərləri və şinləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etməyə görə) məsuliyyətə cəlb edilməli və onun barəsində 50 manat cərimə tətbiq edilməlidir. Şübhəsiz ki, bu maddə üzrə məsuliyyət o vaxt yaranır ki, həmin nasazlığı aradan qaldırmaq mümkün olmasın. Özü də İXM-in 342.5-ci maddəsi üzrə məsuliyyətə cəlb olunma avtomobilin mühafizə olunan duracağa aparılmasına heç bir halda səbəb ola bilməz.

Əgər təkər söhbətinə və bir sıra digər bu kimi məsələlərə görə sürücünü İXM-in 342.2.2-ci maddəsi üzrə məsuliyyətə cəlb etmək istəyiriksə, onda ilk növbədə zəhmət çəkib həmin normadakı qüsurları aradan qaldırmalıyıq. Hazırda Milli Məclisin payız sessiyasının yenicə başladığını nəzərə alaraq, həmin problemin həlli üçün öz təklifimi də vermək istəyirəm.
"342.2.2. Konstruksiyasında normativ tələblər pozulmaqla qəsdən əlavə və dəyişikliklər edilmiş nəqliyyat vasitəsinin idarə edilməsinə görə”.

Düşünürəm ki, kifayət qədər ciddi mübahisələr doğuran 342.2.2-ci maddəni bu redaksiyada daha hüquqauyğun və birmənalı tətbiq etmək mümkündür.

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!