VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
10/10/2016 [19:25] - Gündəm ( 212 dəfə baxılıb)
"Cənub Qaz Dəhlizi layihəsinə daha bir neçə ölkə qoşula bilər" - İlham Əliyev

"Bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Azərbaycan və Türkiyə bu layihənin icrasında liderlik keyfiyyətlərini göstərirlər və bu, enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında belə deyib.

Dövlət başçısı deyib ki, Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir:

"Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır. Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır. Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır".

"Biz bir çox önəmli enerji layihələrimizi Türkiyə ilə bərabər icra edirik və bu enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır. Onu qeyd etməliyəm ki, dünyanın neft tarixi Bakıdan başlayır. XIX əsrin ortalarında dünyada ilk dəfə olaraq Bakıda sənaye üsulu ilə ilk neft çıxarıldı. Ondan yüz il sonra ilk dəfə dənizdə neft Azərbaycan neftçiləri tərəfindən çıxarılıb. Müstəqilliyimizin ilk illərində Azərbaycan ilk dəfə olaraq xarici neft şirkətlərini Xəzər dənizinə dəvət edib, “Əsrin kontraktı” imzalanıb, “Azəri-Çıraq-Günəşli” neft yataqları işə düşüb. Bu yataqlar dünya miqyasında ən böyük neft qaynaqlarından biridir və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafı başlayıb. Biz bu ay müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd edəcəyik. Bizim müstəqil ölkəmizin inkişafında enerji sektoru xüsusi rol oynayıb", - deyə Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan açıq dənizlə dünya bazarlarına çıxışı olmayan ölkələrdən biridir: "Buna görə mütləq boru xətləri çəkilməli idi. Bu gün bizim xam nefti dünya bazarlarına çıxarmaq üçün üç boru xəttimiz var – ikisi bizim neftimizi Qara dənizə, biri isə Aralıq dənizinə - Ceyhan limanına gətirir. İlk dəfə olaraq tarixdə biz Xəzər dənizini Aralıq dənizi ilə bağladıq və bu gün Azərbaycan nefti həm Türkiyəyə, Türkiyə ərazisindən isə dünya bazarlarına ixrac edilir. Bu, bizə çox böyük xeyir gətirir. Bakı-Tbilisi-Ceyhan boru xəttini əziz qardaşım, hörmətli Prezident Ərdoğanla birlikdə 2006-cı ildə açdığımız andan bu günə qədər ötən 10 il ərzində Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində və digər sahələrdə əlaqələr daha da möhkəmlənib. 2007-ci ildən sonra isə Azərbaycan tarixdə ilk dəfə olaraq təbii qazı ixrac etməyə başlayıb. Bakını Ərzurumla birləşdirən boru xətti çəkildi və beləliklə, biz Türkiyəyə təbii qazın ixracına başladıq".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir: Dünyanın ən böyük qaz yataqlarından biri - “Şahdəniz” Azərbaycanda yerləşir. Bütün bunları nəzərə alaraq mütləq böyük qaz xətti çəkilməli idi və müxtəlif şirkətlər, müxtəlif ölkələr bu istiqamətdə öz səylərini göstərirdilər. Ancaq bu səylərin heç bir nəticəsi olmayıb. Yenə də Türkiyə ilə Azərbaycan bu istiqamətdə də öz liderliyini göstərdi və 2012-ci ildə bu gözəl İstanbul şəhərimizdə əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP anlaşması imzalanıb. TANAP anlaşması tarixi bir anlaşmadır. Bu, digər önəmli layihələrə təkan verdi. TANAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsidir. “Cənub” qaz dəhlizi bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir. “Cənub” qaz dəhlizinin sərmayə tutumu 45 milyard dollardır və dörd önəmli layihədən ibarətdir. Birincisi, TANAP-dır ki, bizim qazı Gürcüstan-Türkiyə-Yunanıstan sərhədinə çatdırır. Digəri Cənubi Qafqaz qaz kəməridir ki, Azərbaycan qazını Türkiyə sərhədinə gətirir. Üçüncüsü, Trans-Adriatik kəməridir və nəhayət dördüncüsü, “Şahdəniz” qaz yatağının ikinci fazasının işlənməsidir".

Dövlət başçısı əlavə edib ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir:

"Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii qaynaqlarla zəngin olmayan ölkələr isə çalışırlar ki, onlara resurslar müxtəlif yerlərdən gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atıb və həm nefti, həm qazı şaxələndirilmiş yollarla dünya bazarlarına çıxarır. “Cənub” qaz dəhlizinin icrasında artıq 7 ölkə birləşib və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər. Bu istiqamətdə apardığımız işlər bizim ölkəmizi gücləndirir. Çünki qeyd etdiyim kimi, biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. İqtisadiyyatımızın böyük hissəsi ilk illərdə neftlə, qazla bağlı idi. Bu gün isə biz neftdən və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sektorlarına yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Bizim iqtisadiyyatımızda neft və qaz hazırda cəmi 30 faiz təşkil edir. Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olmuşdur ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Bizim enerji siyasətimiz imkan verdi ki, biz özümüz də xarici ölkələrə sərmayə qoyaq. Müstəqilliyimizin ilk illərində xarici yatırımdan asılı idik. Bu gün biz başqa ölkələrə böyük həcmdə yatırımlar edirik, o cümlədən qardaş Türkiyəyə bizim yatırdığımız və yatıracağımız sərmayə 20 milyard dollara bərabərdir. Bu, bizim iqtisadiyyatımızı, Türkiyə iqtisadiyyatını gücləndirir. Bu, bizim birliyimizi gücləndirir. Bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyəni və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki həm təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu artıq bizdə var. Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq".

Report

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!