VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
8/10/2016 [11:38] - Siyasət ( 1447 dəfə baxılıb)
ABŞ-ın Qarabağ ermənilərinə hərbi müşahidə-kəşfiyyat sistemi verdiyi üzə çıxdı - Foto

ABŞ Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələrinə təmas xəttindəki mövqelərdə yerləşdirilmək üçün ən son texnologiyaya əsaslana kəşfiyyat-müşahidə sistemi ötürüb.

Bu sensasion fakt prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsinin həllinin “tərəflərin sülhə hazır olmaması üzündən” həllinin mümkün olmadığı haqda bəyanatına kəskin reaksiyası, habelə bağlı qapılar arxasında Dağlıq Qarabağın tanınmasına dair Azərbaycana təzyiqlərin göstərildiyini açıqlaması ilə eyni vaxtda üzə çıxıb.

ABŞ-ın “The National İnterest” dərgisinin erməni separatçılarının təbliğinə həsr olunmuş “Dağlıq Qarabağ daha bir müharbəyə hazırdır” başlıqlı məqaləsində deyilir ki, aprel döyüşlərindən sonra erməni tərəfi bütün təmas xətti boyu mövqelərini yenidən qurur, olduqca intensiv şəkildə möhkəmləndirir.

“Apreldə bizdə ön xəttdə kifayət qədər müşahidə kamerası yox idi. İndi biz təmas xəttindəki mövqelərimizdə müasir C4ISR sistemi quraşdırırıq, bu da bizə bütün təmas xətti boyu müşahidə aparmğa imkan verir”-qondarma “Dağlıq Qarabağ baş nazirinin” sözçüsü Artak Bəyləryan amerikalı jurnalistə bildirib.

Dərginin yazdığına görə Dağlıq Qarabağ “hökuməti” təsdiq edir ki, bu qabaqcıl sistemin təmas xəttində yerləşdirilməsi Azərbaycan ordusunun “qəfil hücum ehtimalını xeyli azaldacaq”. Çünki həmin sistem imkan verir ki, yaxın və uzaqmənzilli kameraların köməyi ilə təmas xəttindən dərinliklərdə istənilən hərəkət qeydə alınsın. “Nəticədə Qarabağ qüvvələri müdafiəyə və əks hücuma hazırlaşmaq, öz qoşun hissələrini və texnikasını əvvəlcədən hazırlıq vəziyyətinə gətirmək imkanı əldə edəcək”-jurnal yazır.

Artak Bəyləryan amerikalı jurnalistlə söhbətində deyib ki, apreldə Azərbaycan hərbi üstünlüyünü bilirdi və bu səbədən həmlə etdi. Çünki o vaxt Rusiyadan sifariş edilən yeni silahlar gəlib çatmamışdı. İndi isə Bəyləryan deyir ki, ermənilər yeni silahlar əldə ediblər. Bəyləryanın fikrincə, Qarabağda yeni müharibə ilin sonlarında mümkün ola bilər.

Bəs ermənilərin Qarabağda təmas xətti boyu yerləşdirdikləri C4ISR sistemi nədən ibarətdir? Bu sistemi kim istehsal edir və ermənilər onu necə əldə edə bilərdi?

Virtualaz.org internet mənbələrindən araşdırıb ki, ermənilərin təmas xəttində yerləşdirdikləri C4ISR ABŞ-ın aparıcı hərbi sənaye korporasiyası Northrop Grumman tərəfindən işlənib hazırlanıb və istehsal edilir. Abbreviaturası komanda, idarəetmə, kommunikasiya, kompüterlər, kəşfiyyat, müşahidə və yenidən kəşfiyyat sözlərinin baş hərflərindən götürülüb. (Command, Control, Communications, Computers, Intelligence, Surveillance and Reconnaissance) C4ISR gələcəyin döyüş sistemlərinə (Future Combat Systems) aiddir və müasir müharibələrdə qoşunların idarə edilməsi, videomüşahidə və kəşfiyyatın aparılması, koordinatların müəyyən edilib komanda məntəqəsinə ötürülməsi və komanda məntəqəsindən alınan əmrlərin qoşun hissələrinə ötürülməsi vəzifəsini yerinə yetirir.

Rusiya, Çin, Hindistan kimi ölkələr də bu cür sistemlərin yaradılması üzərində iş aparırlar. Ancaq C4ISR məhz ABŞ tərəfindən işlənib hazırlanmış sistemdir və Birləşmiş Ştatlar ordusunda bu sistemə kompleks texniki xidməti Lokheed Martin şirkəti həyat keçirir.

Northrop Grumman şirkətinin saytında göstərilir ki, bu şirkət pilotsuz, pilotlu və kiber sistemlər üçün həllər və məhsullar, habelə bütün dünya üzrə kommersiya və hökumət müştəriləri üçün C4ISR sistemləri təklif edir. Kosmik aparatlar, lazer sistemlər və s. istehsal edir, illik dövriyyəsi 18.4 milyard dollardır.

Ermənistan aprel döyüşlərindən sonra Azərbaycanın qəfil həmlə ehtimalını azaltmaq üçün videomüşahidə sistemləri qurduqlarını hələ əvvəldən açıqlamışdılar. İndi isə belə məlum olur ki, bu sistemləri ermənilərə ABŞ ötürüb. Şübhəsiz ki, Ermənistan büdcəsinin imkanları ABŞ-dan bu cür qabaqcıl sistemi almağa imkan vermirdi və ola bilsin maliyyəni Amerikadakı erməni diasporu ödəyib.

C4ISR sisteminin komponentlərini hələ bu ilin yayında Ermənistan prezidenti Serj Sərkisyanın təmas xəttinin Füzuli istiqamətinə səfəri zamanı görmək mümkün idi. Sərkisyan Azərbaycan ordusunun apreldə işğaldan azad etdiyi Lələtəpə istiqamətində yerləşən erməni postlarından birinə baş çəkərək kompüter arxasından müşahidə aparan hərbçilərlə söhbətləşmişdi.

ABŞ-ın ermənilərə bu sistemi ötürməsi açıq-aşkar Azərbaycana qarşı düşmənçilikdir və belə görünür ki, rəsmi Bakı təcili olaraq məsələni gündəmə gətirməlidir. Doğrudur, Amerika tərəfi iddia edə bilər ki, C4ISR sistemləri silah və ya hərbi texnika deyil, bu sistemlərin münaqişə tərəflərindən birinə ötürülməsi Qarabağ münaqişəsi tərəflərinə silah embarqosuna zidd deyil. Lakin C4ISR sistemləri erməni tərəfinə münaqişə ətrafında status-kvonu saxlamağa kömək edən vasitədir və Birləşmiş Ştatlar bununla münaqişənin həllinin dondurulmasına yardım etmiş olur.

Əslində həmin sistemlərin ermənilərə ötürülməsinin kökü təmas xətti boyu guya atəşkəsin monitorinqini möhkəmləndirmək üçün illərdir gündəmdə olan təklifə gedib çıxır. Bu təklif necə meydana çıxmışdı?

Təmas xəttində videomüşahidə sistemlərinin yerləşdirilməsi və insidentlərin araşdırılması mexanizminin yaradılması barədə rəsmi Bakının daim rədd etdiyi təklif əvvəlcə Amerikada bir qrup ermənipərəst konqresmen tərəfindən gündəmə gətirildi. Ermənilərə lobbiçilik edən konqresmenlər bu məsələni müntəzəm olaraq gündəmə gətirirdilər, nəhayət onlar ABŞ prezidentinə və dövlət katibinə müraciət edərək təklifin danışıqlarda müzakirə edilməsinə, qəbul olunması üçün Azərbaycan tərəfinə təzyiq göstərilməsinə çağırdılar. Və Minsk Qrupunun həmsədrləri münaqişə ətrafında status-kvonu saxlamaqdan başqa heç nəyə yaramayan bu təklifi danışıqların gündəminə gətirdilər, Azərbaycan tərəfi isə hər dəfə bu ideyanı rədd etdi.

Məsələ aprel döyüşlərindən sonra ABŞ dövlət katibinin vasitəçiliyi altında keçirilən Vyana görüşündə də müzakirə olundu və həmsədrlər bəyanat verib bildirdilər ki, tərəflər atəşkəsin möhkəmləndirilməsi mexanizminə razılıq veriblər. Lakin Azərbaycan prezidenti daha sonra bəyan etdi ki, Bakı bu barədə heç bir öhdəlik götürməyib və sadəcə olaraq ATƏT-in monitorinq missiyasının üzvlərinin sayının artırılması təklifinə müsbət yanaşıb.

İndi isə belə məlum olur ki, ABŞ ermənilərə C4ISR sistemlərini ötürməklə təmas xəttində nəzarəti möhkəmləndirməyə yardım edib. Bu yaxınlarda amerikalı həmsədr Ceyms Uorlik Rusiya mətbuatına verdiyi müsahibədə demişdi ki, ABŞ Qarabağ münaqişəsi tərəflərinə hərbi avadanlıqlar verir, ancaq bu “məhdud ölçüdədir və sırf müdafiə təyinatlıdır”. O zaman Uorlikin bu açıqlaması təəcüblə qarşılandı. Çünki ABŞ-ın Qarabağ münaqişəsi tərəflərinə silah-hərbi avdanlıq verdiyi haqda heç kim eşitməmişdi. Və indi belə görünür ki, Uorlik C4ISR sistemlərini nəzərdə tuturmuş...

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!