VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
6/10/2016 [19:02] - Reportaj ( 370 dəfə baxılıb)
"Atamın bağları, evləri, pulları var" - quşçuluqla məşğul olan sabiq hakim müttəhimlər kürsüsündə

İllər öncə cinayət əməli törədən şəxslərə hökm oxuyan sabiq hakim indi özü müttəhimlər kürsüsündə əyləşir. 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 6-da davam etdirilib. Məhkəmə hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilib.

Musavat.com xəbər verir ki, məhkəmədə prokuror ittiham aktını elan edib, ardınca təqsirləndirilən şəxs, zərərçəkmiş və şahid ifadə verib.

Polisə işə düzəltmək üçün 20 min…

Əvvəlcə prosesdə dövlət ittihamçısı çıxış edərək bildirib ki, F.Rzayev vətəndaşların etibarından istifadə edərək, onlardan külli miqdarda pul alıb. İttiham aktına görə, F.Rzayev Eyvaz Abbasovdan oğlunu polisə işə düzəltmək üçün 20 min, Sahib Aslanovdan isə borca 3 min manat alıb və qaytarmayıb.

Təqsirləndirilən F.Rzayev ona qarşı irəli sürülən ittihamlarla özünü qismən günahkar bildiyini deyib. O, ittiham aktında qeyd edildiyi kimi, Eyvaz Abbasovdan işə düzəltmək adı ilə 20 min almadığını deyib. Digər zərərçəkmiş kimi göstərilən şəxsdən aldığı 3 min manatı isə qaytardığını bildirib.

“Sahib Aslanovu neçə ildir, tanıyırdım. Taksi sürücüsü kimi məni rayonlara, şəhər içində gedəcəyim yerlərə aparırdı. Mənə də pul lazım idi. Onunla bilrikdə sələmə pul verən bir nəfərin yanına getdik. Amma həmin adam töbəli olduğunu dedi və pul vermədi. Sahib də mənə pul lazım olduğunu yadında saxlayıb. Mənə kreditlə tanışından pul götürməyi təklif etdi. Maaş kartımı verib, aldım. Həmin pulu qaytardım. Sonra 3 min dollar da aldım. İş görmək üçün almışdım. Amma qaytara bilmədim” - deyə sabiq hakim ifadəsində söyləyib.

Bir müddət “Parabank”da da işlədiyini deyən F.Rzayev sonradan şəxsi bizneslə məşğul olmağa başlayıb. Lakin özünün dediyinə görə, bu sahədə heç cür uğur qazana bilməyib. Borca aldığı pulları da beləliklə batırıb.

Sabiq hakim quşçuluqla məşğul olub, amma… 

“Hövsanda quşçuluqla məşğul olmağa başladım. Bundan əvvəl də balıqçılıqla məşğul olmuşdum. Amma heç birində işlər alınmadı. Hamısını batırdım. Quşların hamısı bir ay ərzində öldü. Aldığım pulları qaytara bilmədim. Sahibdən 3 min dollar da buna görə almışdım. Ancaq bu pulları qaytarmışam” - deyə F.Rzayev ifadəsində deyib. 

İfadəsinin davamında zərərçəkmiş kimi tanınan Eyvaz Abbasovdan 20 min manatı nə məqsədlə almasını danışan F.Rzayev həmin məbləği də qaytardığını qeyd edib: “İttiham aktında qeyd edildiyi kimi Eyvazdan pulu oğlunu işə düzəltmək üçün almamışam. Faizə də yox, sadəcə borca almışam. Ancaq qaytara bilməmişdim. Sonradan həmin məbləği də qaytardım. İş qurmaq üçün almışdım, amma yenə də alınmadı. Sonra Eyvaz mənə dedi ki, pulu qaytara bilmirsənsə, maraqlanaq görək oğlunu işə düzəldə bilirikmi. İstəyirdi ki, oğlunu Dövlət Yol Polisi İdarəsinə işə düzəldək. Mən də maraqlandım, amma alınmadı”.

Sabiq hakim bu işləri analığının təşkil etdiyini düşünür

Sabiq hakim iddia edib ki, hazırda zərərçəkmiş kimi tanınmış şəxslərin ona qarşı şikayətçi olmasının səbəbkarı analığıdır: “Mənim atam 2012-ci ildə dünyasını dəyişib. Atamın bağları, evləri, pulları var. Analığım məni varislkdən çıxarmaq üçün bu şəxsləri öyrədərək mənə qarşı çıxarıb. Ancaq mən sonradan öz istəyimlə varislikdən kənara durdum”.
Məhkəmədə şahid qismində Nazim İbrahimov da ifadə verib. 

O, təqsirləndirilən şəxslə zərərçəkmiş arasında yaşanan problemdən xəbərsiz olduğunu deyərək sadəcə olaraq F.Rzayevə torpaq satdığını bildirib: “Mən 12 sot torpağı 3 min manata Fəxrəddinə satmışam. Sonradan bildim ki, o da torpağı Eyvaz Abbasova satıb. Sonra olanlardan isə xəbərim yoxdur”.

Məhkəmədə zərərçkəmiş kimi tanınmış Eyvaz Abbasov da ifadə verib. Onun ifadəsi zamanı maraqlı faktlar ortaya çıxıb.

Eyvaz Abbasov ifadəsinin əvvəlində oğlu Abbası işə düzəltmək üçün Fəxrəddin Rzayevə 25 min manat verdiyini söyləyib: “32 minə razılaşmışdıq. Amma bankdan 25 min manat götürüb verə bildim. Dedim ki, qalanını da iş hazır olandan sonra verəcəm. Fəxrəddini də bir dostum vasitəsi ilə tanımışdım. Pulu verdim, uzun müddət keçsə də nə iş düzəldi, nə də pulu geri qaytardı. Telefon zənglərimə də cavab vermirdi. Sonra həmin pulun 5 min manatını hissə-hissə qaytardı. 20 min manat borcu qaldı”.

“Dedim ki, ya mən qalacam, ya da sən”

Eyvaz Abbasov bundan sonra sabiq hakimi qorxudaraq ondan notariusdan təsdiqlənmiş sənəd ala bilib: “Artıq bezmişdim. Bir gün bunu tutdum. Dedim ki, ya mən qalacam, ya da sən. Qorxub dedi ki, gedək notariusdan sənə sənəd verim. Aldığı pulun borc olduğunu və yaxın zamanda qaytaracağını dedi. Bu əvvəl də hakim işləyib. Savadalı adamdır, nə etdiyini bilirdi. Məni aldadıb, notariusdan sənəd aldırdı ki, guya həmin pulu ona borc olaraq vermişəm. Bilirdi ki, belə olan halda o, cinayət məsuliyyəti daşımır. Sonra bu məni hədələməyə başladı. Dedi ki, get nə edirsən et. Mən də şikayət etdim. Sonra pulun bir hissəsini də qaytardı”.    

Zərərçəkmiş şəxs qalan pulu necə aldığını da deyib və sonda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib: “Mənə 7 min borcu qalmışdı. Dedi ki, torpaq sahəsi var və əvəzində onu verə bilər. Mən də məcbur qalıb razılaşdım, çünki başqa variant yox idi. Mənə Nazim İbrahimovdan aldığı torpağın 10 min manat dəyərində olduğunu, 3 min ödəməklə adıma keçirəcəyini dedi. Razılaşdıq və torpağı qardaşımın adına keçirdik. Ancaq Nazimdən torpağı neçəyə aldığını bilmirəm. İş məhkəməyə gələnə qədər aramızda olan məsələ həll oldu. Mən artıq şikayətçi deyiləm. Bununla bağlı ərizə də təqdim etmişəm. Aldadılmışam, dələduzluqla üzləşmişəm, amma artıq mən də kiməsə pislik etmək istəmirəm”.

Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək. Növbəti məhkəmədə şahidlərin dindirilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, F.Rzayevə Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddədi ilə ittiham verilib. 

Xatırladaq ki, Fəxrəddin Rzayev 2000-ci ilə qədər Yasamal rayon Məhkəməsində hakim olub. Sonra öz ərizəsi ilə işdən çıxıb. F.Rzayev bir müddət də Bakı Hərbi Məhkəməsində icra şöbəsinə rəhbərlik edib.

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!