VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
6/10/2016 [13:42] - Siyasət ( 15229 dəfə baxılıb)
Prezident bu məmurlarla vidalaşır: Azərbaycanda gözlənilən ciddi islahat dalğası başlayır

Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendum mühüm və qaçılmaz bir reallığı ortaya qoydu: yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir. Öncə komandada, idarəetmədə və bunlarla paralel olaraq cəmiyyətdə ictimai nəzarət funksiyasını yerinə yetirən media və müxalifətdə yenilənmə qaşılmazdır.

Bu gün hamı mümkün böhrandan danışır. Hətta ekspertlər manatın yeni devalvasiyasını proqnozlaşdırırlar. Neftin qiymətinin hələ uzun müddət dövlət büdcəsinə arzuedilən gəlir gətirməyəcəyi də gözləniləndir. 

Faktiki ölkə iqtisadiyyatı neftin qiymətinin tənəzzülü ilə yeni mərhələyə adlayıb. Bu mərhələdə hakimiyyət artıq əvvəlki rahatlıqla dövlət büdcəsini yönləndirə və xərcləyə bilməyəcək. İndi daha rasional iqtisadi komanda formalaşdırılmalı, qeyri-neft sektorunun inkişafını sürətləndirə biləcək islahatlar aparmalı və bu islahatlara cavabdehlik “neft iyinə bulaşmamış” kadrlara həvalə edilməlidir. 

Avropa.info-nun  əldə etdiyi  məlumatlara görə, dövlət başçısı iqtisadi komandasını tam yenidən formalaşdırmaq niyyətindədir və bunun üçün ən radikal addımlara qərarlıdır. Belə məlumatlar var ki, referendumun nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdudlaşdırılması üzrə təkliflər paketi hazırlanır.

Görünən budur ki, vaxtilə bir örnək kimi götürülən Rusiyanın federativ idarəetmə strukturlarına uyğun yaradılan qurumların ləğvi məsələsi yenidən gündəmə gəlib. Belə ki, Nazirlər Kabineti çoxsaylı nazirlik, komitələri özündə birləşdirir. Mərkəzi icra hakimiyyəti orqanı statusunda olan 40-dan çox quruma qənaət rejimində ehtiyac qalmır. Gürcüstanda, Ukraynada, Polşada və digər ölkələrdə Nazirlər Kabineti orta hesabla 18-20 nəfərdən ibarətdir. Bu ölkələrdə baş nazirin 2 müavini var, onlar da paralel olaraq həm də nazirlərdir. Azərbaycanda isə baş nazirin 6 müavini var. Dövlət büdcəsinə qənaət ilində onların sayının azadılacağı ehtimal edilir. Dünya bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində xarici valyutada daxilolmaların azalması, ölkənin tədiyyə bazarında keyfiyyətcə yeni vəziyyət yaratmış və manatın məzənnəsinin əhəmiyyətli enməsini qaçılmaz edib. 

Qlobal iqtisadi proseslərin Azərbaycanın inkişafına mənfi təsirləri ilə əlaqədar olaraq hökumətin və Mərkəzi Bankın atdığı addımlar yaranmış makroiqtisadi duruma adekvat idarəetmə sisteminin təkmiləşdirilməsinə yönəlib. Dövlət mülkiyyətində olan şirkətlərin idarə edilməsində islahatların aparılması nəzərdə tutlur. Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlər islahat zərfinə daxil edilib. Bütün bunları, xüsusilə də «çevik və operativ idarəetmə mexanizmi», barədə deyilənləri nəzərə aldıqda, ehtimal etmək olar ki, Azərbaycanda son illər ərzində ilk dəfə olaraq regional formatda struktur dəyişiklikləri də aparılacaq. Mətbuatın verdiyi məlumata görə, rayonların birləşdirilməsinə də ehtiyac yaranıb. Qeyd edək ki, hazırda Azərbaycanda 66 rayon mövcuddur. Bu rayonların demək olar ki, hamısında çoxsaylı dövlət strukturları mövcuddur. Bəzi rayonlar həm iqtisadiyyatının və təsərrüfatının quruluşuna, həm də əhalinin həyat tərzi və tərkibinə görə, bir-birinə çox yaxındır. Bu mənada idarəetməni daha da təkmilləşdirmək, rayonların təsərrüfatının daha effektli idarə edilməsi və iqtisadi faydalılığının artırılması üçünonların birləşdirilməsi mümkündür. Avropa.info saytının ekspert qrupu bu istiqamətdə bələdiyyələrin səlahiyyətlərinin artırılmasını da məqbul hesab edir. Bəzi amilləri nəzərə aldıqda – Salyan və Neftçala rayonlarının bir mərkəzdə birləşdirilməsi, Samux və Göygöl rayonlarının bir mərkəzdə birləşdirilməsi, eləcə də Qazax və Ağstafa rayonlarının bir mərkəzdə birləşdirilməsi səmərəli addım sayıla bilər. Qeyd edək ki, eyni metod Bakı rayonları üçün də keçərlidir. Proseslər onu göstərir ki, regional idarəetmənin təkmilləşdirilməsi qarşıdakı illərdə ölkəmiz üçün daha aktual olacaq.
Onu da qeyd edək ki, xərclərin ixtisarı dövlət aparatının saxlanılması üçün büdcədə nəzərdə tutulan xərclərin azaldılmasını da əhatə edəcək.

Avropa.info-nun əldə etdiyi məlumata görə, bu çərçivədə hökumət artıq bir çox nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən digər təsisatlara xərclərin azaldılması üçün ştat vahidlərinin ixtisarını nəzərdən keçirmək barədə təlimat göndərib. Habelə büdcədən maliyyələşən təşkilatlara xidməti avtomobillərin sayının azaldılması, ezamiyyət xərclərinin məhdudlaşdırılması istiqamətində də işlər başlayır. Məlumatlara görə, hökumət qarşısında dayanan ən vacib məsələ neft bumundan sonrakı dövrə daha çevik və mobil idarəetmə strukturları formalaşdırmaqdır. Gözlənilir ki, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək. 

Saytımızın araşdırmaçıları yerlərdəki maneələr aradan qaldırılmaq üçün icra hakimiyyəti orqanlarının funksiyalarının yerli bələdiyyələrə verilməsini də təklif edib. Bir sözlə, hakimiyyət yuxarıda sadalanan islahatları həyata keçirməklə sosial bazasını daha da genişləndirə, hansı reformaların aparılmasının məqsədə uyğunluğu ilə bağlı sadə vətəndaşlarla müzakirələrə başlaya bilər. Artıq indidən qəti şəkildə ehtimal edə bilərik ki, vətəndaşların problemlərini yerindəcə həll etmək istəməyən məmurlar ən ciddi şəkildə cəzalandırılacaq. Unutmaq olmaz ki, yerlərdə heç də ölkə rəhbərindən narazılıq ifadə edilmir. Prezidentin qərarlarını sabotajı edənlər kiçik və böyük məmurlardır. Onlarla vidalaşmaq zamanı artıq çatıb. Bu məsələdə vətəndaş cəmiyyəti də eyni düşüncəyə malikdir. Bir sözlə, Azərbaycanda gözlənilən ciddi islahat dalğasına sosial sifariş yaranıb...

Avropa.info-nun ekspert qrupu

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!