VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
5/10/2016 [15:38] - Müsahibə ( 1055 dəfə baxılıb)
"Pulun yoxdursa, salam da vermirlər" - Rəsul Çunayev

Avropa.info bildirir ki, azvision.az-ın müsahibi Azərbaycanın tanınmış yunan-roma güləşçisi Rəsul Çunayevdir. Təkcə qələbələri, qazandığı adlarla deyil, rəqsi, etdiyi jestlərlə daima diqqət mərkəzində olan Çunayev müsahibədə şəxsi həyatı ilə bağlı maraqlı məqamlardan, tarixə düşən qələbələrindən söz açıb.

- Ailəmiz anam, atam və iki bacımdan ibarətdir. Anam evdar qadındır, bacımın biri tibb bacısıdr. Atam təsərrüfat işləri ilə məşğul olur.

- Yadımdadır, Rio Olimpiadasında siz meydana çıxanda ananızın halı pisləmişdi. Görünür, ailəniz yarışlara həssas yaşanır.

- Bəli. Xüsusən də anam mən meydana çıxanda həyəcan yaşayır. Bacımın biri yarışlara baxa bilir, biri isə, ümumiyyətlə, baxa bilmir. Anam isə həmişə çox böyük həyacanla yarışlarıma baxır. O qədər narahat olur ki, axırda dərman qəbul etməli olur.

- Müsahibələrdən birində orta məktəbdə yaxşı oxumadığınızı demişdiniz. İdmançı üçün ali təhsilin önəmi yoxdur?

- Yaşım az olanda çox şeyi dərk etmirdim, oynamaq, əylənmək haqqında düşünürdüm. İndi dərslərimi yaxşı oxumadığıma görə peşmanam. Çalışıram keçmişdə buraxdığım səhvləri düzəldim. Çoxları bəlkə də bilmir, İdman Akademiyasının məzunuyam. Bundan əlavə hazırda Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsininin birinci kursunda təhsil alıram. İdmançı olanda nə olar, adamın gərək savadı da olsun.

- Maraqlıdır, idman və hüquq tam fərqli sahələrdir. Niyə bu ixtisası seçdiniz, səbəbini bilmək olar?

- Bu sahəyə böyük marağım var. Öz istəyimlə hüququ seçmişəm. Gələcəkdə vətənimə xidmət etmək üçün məqsədlərim var. Ona görə də hazırda idmanda məqsədə uyğun işlərimi davam etdirirəm. İdman müvəqqətidir. İdmandan sonra da uğurları başqa bir sahədə davam etdirmək lazımdır.

- Ailənizlə birlikdə yaşayırsınız?

- Mən 10 yaşımdan Bakıda yaşayıram. Son bir il yarımdır ki, anam və bacılarım yanımdadır. Atam arada gəlir-gedir. O, Bakıda qalmağı xoşlamır. Anam Bakıya gələndən sonra evdə yemək yeyirəm. Tək qalanda yemək hazırlamaq mənim üçün çətin idi. Arada Balakənə atamın yanında gedirəm ki, tək qalmasın, darıxmasın.

- 10 yaşından Bakıda tək yaşamısınız?

- 10 yaşımda şəxsi məşqçim İsmayıl Çöpsiyev məni Respublika İdman Litseyinə qoyub. Orada 5 il həm oxumuşam, həm də litseyin yataqxanasında qalmışam. Sözün açığı, varlı ailədə böyüməmişəm, o vaxtlar imkanımız yox idi. Məqsədim uğur qazanmaq idi. Tək yaşamaq çətin olsa da, ancaq uğur, qələbə haqda düşünürdüm. Allaha şükürlər olsun, istəyimə haradasa nail olmuşam. Qələbələrimə görə dayıma və məşqçimə minnətdaram.

Yataqxanadan sonra bir müdətdə İsmayıl müəllimin evində qaldım. Dayım Dağıstanda yaşayırdı, borc-xərc edib ayda mənə 100 dollar pul göndərdi. O zaman 100 dollar böyük pul idi. Elə olurdu ki, çörəklə soğan yeyib günü keçirtmişəm.

- Hazırda gündəlik iş qrafikiniz necədir?

- Olimpiadaya qədər gündəlik qrafikimi məşqçilərim təyin edirdi. Xüsusi dieta saxlayırdım. Günümüz məşqlərdə keçirdi. Başqa məşğuliyyətim yox idi.

Kənardan bilmirən necə görünür, amma idman çox ağır sahədir. İnanın ki, elə olur ki, xeyirə -şərə gedə bilmirik, istəyidimiz yeməyi yeyə bilmirik. Bütün həyatımıza nəzarət altında keçir.

Olimpiadan sonra bir az dincəldik. Hazırda yenidən məşqlərə başlamışam. Yeni qələbələr üçün addımlar atıram.

- Yeri gəlmişkən Rioda erməni güləşçiyə məğlub olmağınız geniş müzakirələrə səbəb olmuşdu. Hətta sizi qınayanlar da oldu...

- Ola bilər. Bunu təbii qarşılamaq lazımdır. Elə insanlara fikir verməməyə çalışıram. Meydanda sevinən də, qazanan da, itirən də mənəm. Qələbəni hamıdan çox mən istəyirəm. Heç bir idmançı uduzmaq istəmir. Amma bu idmandır. Udmaq da olur, uduzmaq da. 4 dəfə udanda bir dəfə uduzursan. Belə şeylər olur. Olimpiadada meydana çıxıb güləşmək asandır, nəyinki ora gəlib çıxmaq. Meydanda çox haqsızlıqlar görürəm. Buna baxmayaraq özümə təsəlli verib, medal qazanmağa can atıram. Bütün medallar bacı-qardaş kimidir.

- Güləşlə yanaşı gözəl rəqs etməyi də bacarırsınız. Rəqsə getmisiniz?

- Xeyr, heç vaxt rəqsə getməmişəm. Toydan-toya oynayıram. Rəqsə xüsusi marağım var, onun üçün oynayıram. Əhvalım yaxşıdırsa, oynaya bilərəm.

Yadınıza gəlirsə, bir dəfə yarışda qalib olduqdan sonra rəqs etmişdim. Yarışa gedən günü anamın ad günü, bir də əmim oğlunun toyu idi. Zarafatla demişdim ki, qalib olsam, sizin şərəfinizə oynayacam. Oynadım da.

- Yaxın dostlarınız varmı?

- Bir neçə dostum var. Onlarla uşaqlıqdan bir-birimizi tanıyırıq. Ailəvi münasibətlərimzi var. Ümumilikdə isə tanışlarım çoxdur. Amma yanıma dost kimi çox adamı buraxmıram. Vaxtımı ailəmlə birlikdə keçirməyi xoşlayıram. Uşaqları çox sevirəm. Bacımın, xalamın uşaqlarını aparıb gəzdirirəm, oynadıram. Çox adam elə bilir ki, mənim uşaqlarımdır. Uşaqların hesabına özüm də əyləncə mərkəzlərində maşın sürürəm.

- Pulu ən çox nəyə xərcləyirsiniz?

- Uşaqlıqdan xoşlayıram ki, hər şeyin yaxşısını geyinim və yeyim, bir də hədiyyə alım. Gərək hər şeyin yaxşısını edəsən ki, qarşılıqlı hörmət qazanasan. Yaxşı yemək yeyəndə insanın əhvalı da yaxşı olur. Ancaq lazımsız şeylərə pul xərcləmirəm. Pulu asanlıqla qazanmıram. Zəhmətlə, alın tərimlə qazanmışam.

Bahalı maşın alıb özümü kiməs göstərməyi sevmirəm. Necə olmuşamsa, elə də yaşamalıyam. Allah insana pulu da, adı da bir dəfə verir. Bundan yaxşı məqsədlər üçün istifadə etmək lazımdı. Əziyyətlə qazandığım pulu göyə sovurmuram. İndi kasıba, pulu olmayana salam verən də yoxdur.

- Demək istəyirsiniz ki, maşınınız elə də bahalı deyil?

- Hazırda dostumun maşınını sürürəm. Öz maşınım ustadadır. Metroda, avtobusda da gəzə bilərəm. Bunlar mənim üçün o qədər də əhəmiyyətli deyil. Maşınım markası "Chevrolet"dir.

- Yol hərəkəti qaydalarına riayət edirsinizmi?

- Qaydaları pozmamağa çalışıram. Amma elə olur ki, bilmədən qaydanı pozuram. Cərimələri vaxtında ödəyirəm.

- Sosial şəbəkələrdən istifadə edirsinizmi?

- İki ildir ki, heç bir sosial şəbəkədə yoxam. Ora 5 dəqiqəlik girəndə saatlarla çıxa bilmirsən. İdman nizam-intizamı, vaxtında yatamağı, qidalanmağı sevir. Nə qədər gücümüz və ağlımız var, bundan istifadə etməliyik.

- Kənardan baxanda əsəbi insana oxşamırsınız. Real həyatda necədir?

- Telefonuma 10 nömrədən zəng gəlirsə, bunun doqquzu adamı bezdirir. Zəng edənlərin çoxu məndən pul istəyir, kimi də iş istəyir. Mən idmançıyam, məmur deyiləm. Nəsə lazım olanda, özüm üçün bir dəfə xahiş edə bilərəm. Biri deyir ki, məni nazirliyə işə düzəlt. Bu insanlara başa sala bilmirəm ki, mən idmançıyam, məmur deyiləm. Belə zənglər məni əsəbləşdirir.

- Məmurlarla münasibətiniz necədir?

- Dövlə Sərxəd Xidmətinin (DSX) rəhbəri Elçin Quliyev çox səmimi insandır. Cənab prezident hər zaman mənə dəstək olub. Gənclər idman naziri Azad Rəhimov, Güləş Federasiyasının prezidenti Fazil Məmmədov, Balakənin icra başçısı İslam Rzayev, SOCAR-ın rəhbəri Rövnəq Abdulayev də mənə dəstək olur. Bu yaxınlarda Abel Məhərrəmovla (BDU-nun rektoru, sabiq deputat-red) görüşdük, gözəl insandır .

- Boş vaxtlarınızda kitab oxuyursunuz?

- Təhsilə, oxumağa marağım artıb. Hazırda ingilis dili kruslarına yazılmağa hazırlaşıram.

- Film və musiqiyə marağınız varmı? Bu haqda da fikirlərinizi bilmək istərdik.

- Mən həmişə "ləzginka"ya qulaq asıram. Bir də hind filmlərinə baxmağı xoşlayıram. Kinoya baxmayaq üçün kinoteatrlara getmirəm. Vaxtım olanda evdə baxıram.

- Məşhur insalar adətən gecə həyatı yaşayırlar. Klublara gedirlər, əylənirlər.

- Bəlkə də gülməli olacaq, amma Bakıda klubların harada yerləşdiyini bilmirəm. İndiyə kimi heç vaxt bara, kluba getməmişəm. Bir dəfə tanışım dedi, "gəl, kluba gedək, dincələk", dedim, elə yerlər mənlik deyil. İçki içilən, siqaret çəkilən yerlərdə sıxılıram.

- Ailə qurmağı düşünürsünüzmü?

- Hazırda həyatımda heç kim yoxdu. Qismət olsa, evlənmək isəyirəm. Nə qədər dost, tanış uşaqları ilə oynamaq olar? Evlənmək haqda fikirləşirəm. İstəyirəm öz ailəm, uşaqlarım olsun. Görək qismətimə kim çıxacaq.

- Necə bir xanımla ailə qurmaq istərdiniz.

- Baxımlı xanımları xoşlayıram. Xanım təmizkar olmalı, həyat yoldaşına qayğı göstərməlidir. Təmizlik mənim üçün öməlidir. Ev səliqəsiz olanda ürəyim sıxılır.

- Paltar alarkən nəyə üstünlük verirsiniz?

- Yaxşı geyinməyi xoşlayıram. Çalışıram keyfiyyətli və zövqlü paltar alım. Geyimlərimi əsasən ticarət mərkəzlərindən alıram. Xarici ölkələrdə olanda mütləq özümə nəsə alıram. Təsəvvür edin, Rioya bir çanta ilə getmişdim, gələnədə 5 çanta ilə qayıtdım. İndi klassik paltarlara üstünlük verirəm.

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!