VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
5/10/2016 [10:58] - Müsahibə ( 166 dəfə baxılıb)
"Təhsilin səviyyəsi müəllimlərin səviyyəsindən asılıdır" - Fuad Vəliyev

Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi kafedrası”nın professoru, Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü, texniki elmlər doktoru Fuad Vəliyevlə 5 oktyabr “Müəllimlər günü”ndə söhbətləşdik. Avropa.info həmin müsahibəni təqdim edir.

- Fuad müəllim, sizcə, müəllim olmaq nə deməkdir?

- Mənim nəzərimdə, müəlim zamandan asılı anlayış deyil. Bu günün müəllimilə, məsələn, yüz il əvvəlki müəllim mahiyyətcə eyni məna kəsb edir. Müəllimin (söhbət əsl müəllimdən gedir) keyfiyyətləri bütün zamanlar üçün eyni olan dörd sütun üzərində formalaşır - yüksək professionalizm, ziyalılıq, öyrətmk həvəsi və bacarığı, tələbəyə sayqı və sevgi. Müəllimin öz sahəsində yüksək biliyə sahib olması, əlbətdə ki, zəruri şərtdir, lakin hələ kafi şərt deyil. Texniki fənndən dərs deyən müəllim və ya dəqiq elmlər üzrə mütəxəssis alim, eyni zamanda, incəsənətdən, tarixdən, fəlsəfədən, dindən, musiqidən xəbərdar olmalıdır. Kvant mexanikasının banisi, Nobel mükafatı laureatı Maks Plank böyük elmi məktəbin yaradıcısı olmaqla yanaşı, Berlin Universitetində musiqi nəzəriyyəsindən dərs deyirdi, elmlə dinin vəhdətinə həsr olunmuş məruzələrlə çıxış edirdi. Eyni zamnda humanitar elmləri tədris edən müəllimin dəqiq elmlərin əsas prinsipləri barədə müəyyən məlumatı olmalıdır. Çarlz Snou deyirdi ki, sənətindən asılı olmayaraq, hər-hansı ingilis Termodinamikanın 2-ci qanununu bilmirsə, bu ona bərabərdir ki, o, Şekspiri tanımır. Əgər müəllim eyni zamanda görkəmli alimdirsə onun dərsləri yeni , daha yüksək bir səviyyəyə qalxır. Mərhum akademik Azad Mirzəcanzadənin dərsləri buna parlaq misal ola bilərdi. O, sadəcə, mexanika dərsləri keçmirdi, elmin ən yeni nailiyyətləri barədə informasiyalar, həmçinin, tarixə, incəsənətə, klassik musiqiyə bağlı söhbətləri onun dərslərini olduqca dolğun və təsirli edirdi. Həqiqi alim-müəllimlər ən çətin mövzuları asan şəkildə təqdim etməyi bacarırlar. Emersondan müəllimin kim olduğunu soruşurlar, o, isə cavabında deyir: “Müəllim çətini asan edən şəxsdir “.Hər dərs deyən müəllim olmur. Şəxsən mənə ders deyənlər çox olub, lakin onlardan yalnız üç şəxsi mən özümə Müəllim sayıram. Təhsilin səviyyəsi, nəticə etibarilə, müəllimlərin səviyyəsindən asılıdır – o yerdə ki, yaxşı müəllimlər var, orada mütləq yaxşı tələbələr olacaq, yaxşı mütəxəssislər yetişəcək. Paris Politexnik məktəbində, 19-ci əsrin birinci yarısında kimlər dərs deyirdi - Laplas, Lagranj, Furye, Amper, Dyulonq, Bertole... , bu məktəbi kimlər bitirmişdi - Karno, Koşi, Koriolis, Puasson, Gey-Lussak, Peti, Frenel, Bio,Klapeyron,Puazeyl... Əsl müəllim təkcə dərs deməklə kifayətlənmir, o, tələbələrində elmə, yaradıcılığa həvəs yaradır. XX əsrin dahi fiziklərindən biri Enriko Fermi deyirdi: “Tələbə çəllək deyil ki, onu daha çox biliklərlə doldurasan. Tələbə bir məşəldir, müəllimin vəzifəsi onu yalnız alışdırmaqdır!”.Müəllim tələbəsinə simpatiya və eyni zamanda empatiya ilə yanaşmalı, xeyirxah olmalı, onun şəxsiyyət kimi yetişməsində yardımçı olmalıdır. Lev Tolstoy deyirdi: “Əgər müəllim öz işinə sevgilə yanaşırsa o yaxşı müəllimdir. Lakin, o, bununla yanaşı tələbəsinə qarşı da sevgi ilə yanaşırsa o, mükəmməl müəllimdir“.Müəllim tələbəyə sevgi ilə yanaşırsa, mütləq tələbəsinin sevgisini və ehtiramını qazanacaq – müəllim üçün isə bundan artıq mükafat ola bilməz. Həzrət Əli demişdir: "Kimsə mənə bir hərf öyrədərsə, mən ömür boyu onun xidmətində olaram".

Siz uzun illər müxtəlif tələbələrə dərs demisiniz. İndiki tələbələr əvvəlkilərdən fərqlidirlərmi? Nədir fərqlər?
Müəllimlər mahiyyətcə dəyişmədiyi kimi tələbələr də dəyişməyib. Dəyişən, yalnız dövran, zəmanə, şərait, zahiri atributlardır. İndiki tələbələr daha çox informasiyaya sahibdirlər, lakin bu o demək deyil ki, onlar əvvəlkilərdən daha ağıllıdırlar. Test üsulu bütün müsbət cəhətləri ilə yanaşı bir böyük qüsura malikdir ki, o da uşaqlarda məntiqi düşünmək qabiliyyətini zəiflətməkdən ibarətdir. Əvvəlki nəsl tələbələrin(əlbəttə, yaxşı tələbələrin) məntiqi düşünmə qabiliyyəti daha yüksək idi. Möhtəşəm elektron informasiya sisteminin mövcudluğu indiki tələbələrə böyük imkanlar verir, lakin, eyni zamanda, paradoksal səslənsə də, onların sağlam məntiqə sahib, ziyalı, mədəni şəxsiyyətlər kimi formalaşmasına mane olur. İndiki gənclər, təəssüf ki, daha çox texnokrat praqmatiklərdir, az kitab oxuyurlar, klassik ədəbiyyatla, klassik musiqilə az maraqlanırlar. Bu əslində bütün dünya üçün xarakterikdir – dünyanın ən aparıcı universitetləri belə yalnız mütəxəssis buraxır, ziyalı yox. Halbuki, hələ keçən əsrin əvvəllərində universitet bitirmiş azərbaycanlılar yüksək səviyyəli mütəxəssis olmaqla yanaşı, həm də Azərbaycanın ictimai-siyasi, mədəni həyatında böyük rol oynamış parlaq ziyalılar idi. Təəssüf ki, indiki zamanda ali təhsillilərimiz çox olsa da həqiqi ziyalılarımız azlıq təşkil edir.

- Hazırda tədris etdiyiniz Bakı Ali Neft Məktəbinin tələbələri haqqında nə deyə bilərsiniz?

- Bakı Ali Neft Məktəbi mənim nəzərimdə dünya təhsil standartlarına yüksək səviyyədə cavab verən, çox böyük perspektivə malik nümunəvi bir təhsil ocağıdır. Əminəm, çox yaxın gələcəkdə BANM dünyanın aparıcı universitetləri sırasına çıxacaq. Mən dünyanın bir sıra aparıcı universitetlərində çalışmışam və mən sizi əmin edirəm ki, dünyanın heç bir universitetində tələbəyə bu qədər diqqət, sayqı, yardım yoxdur. Önəmli cəhət odur ki, qarşıya qoyulan məqsəd kosmopolit texnokrat yox, yüksək səviyyəli mütəxəssis olmaqla yanaşı, millətinə, vətəninə bağlı, milli ruhlu, və eyni zamanda, beynəlmiləlçi, müasir düşüncəli ziyalı kadrlar yetişdirməkdir. Azərbaycan tarixi, nitq mədəniyyəti üzrə tədris olunan fənnlər, milli teatr, ədəbiyyat, musiqi, incəsənət üzrə tədbirlər bu məqsədə xidmət edir. Tələbələrimiz, şübhəsiz ki, bu imkanları lazımınca dəyərləndirir, onlardani bəhrələnirlər və gələcəkdə dünyanın hər hansı bir ölkəsində həm mütəxəssis kimi, həm də Azərbaycanı hərtəfli layiqincə təmsil edə biləcək ziyalı kimi böyük uğurlar əldə edəcəklər. Onu xüsusi qeyd etmək istəyirəm ki, Bakı Ali Neft məktəbinin orta statistik tələbəsi öz bilik səviyyəsinə, dünya görüşünə, intellektual imkanlarına görə dünyanın ən aparıcı universitetlərində oxuyan tələbələrlə rəqabət apara biləcək dərəcədə yüksək potensiala malikdirlər və inanıram ki, gələcəkdə onların bir çoxu dünyanın ən iri şirkətlərində, təşkilatlarında rəhbər mövqelərə sahib olacaqlar.

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!