VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
3/10/2016 [22:32] - Reportaj ( 680 dəfə baxılıb)
Cahangir Hacıyevin arvadının ardınca Böyük Britaniyaya əməliyyat qrupu göndərilibmiş

"Beynəlxalq Bank işi"nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 3-də davam etdirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib.

Prosesin əvvəlində zərərçəkmiş tərəf kimi tanınan "Aqrarkredit" QSC-nin nümayəndəsi çıxış edərək, qeyd edib ki, QSC-yə 7 milyon 600 min manat zərər dəyib. O, həmin məbləğin təqsirləndirilən şəxslərdən alınaraq, QSC-yə ödənilməsini istəyib.

Qeyd edək ki, Cahangir Hacıyevin həbsindən sonra Beynəlxalq Bankda problemli kreditlərlə bağlı məsələnin həll edilməsi “Aqrarkredit” QSC-yə həvalə edilib.

Məhkəmədə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev müdafiə çıxışında istintaqın qanunsuz aparıldığını bildirib və müvəkkilinə bəraət verilməsini istəyib. 

O, bildirib ki, müvəkkilinə qarşı irəli sürülmüş ittiham qərəzli və ədalətsizdir: “Məsələyə Cinayət Prosessual Məcəlləsinin tələbləri baxımından yanaşsaq görərik ki, bu, mülki xarakterli işdir və mülki icraatda da baxılmalıdır. Ona görə də bu cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Bu iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı qərəzli şəkildə aparılıb. Bütün qanunsuzluqlar ibtidai isitintaqda başlayıb və hazırkı mərhələdə də davam etməkdədir. Cinayət işi Emil Mustafayevin (Cahangir Hacıyev bankın sədri olaraqkən onun birinci müavini olub) ərizəsi əsasında başlanıb. 

Təsəvvür edin ki, mülki xarakterli məsələ Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsində araşdırılıb. İstintaq da qərəzli aparılıb. Bu qərəz nədə özünü göstərib? Birincisi, Cahangir Hacıyevə qarşı fiziki və psixoloji təzyiqlər olub. İkincisi isə iş birtərəfli aparılıb. Hər şey onun üzərində qurulub ki, nəyin bahasına olursa-olsun, Cahangir Hacıyevə ittiham verilməlidir. Cahangir Hacıyev 38 gün qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Vəkil Aqil Layıcovun məhkəməyə müraciətindən sonra o, istintaq təcridxanasına köçürülüb. Onun barəsində heç bir zərurət olmadığı halda həbs-qətimkan tədbiri seçilib”.

F.Mehdiyev qeyd edib ki, C.Hacıyevin həbs qərarı ilə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib: “Məhkəmə prioritet qaydada şikayəti icraata qəbul edib. Dəfələrlə bildirilib ki, kreditlər hara yönəldilib? Ancaq bu məsələ araşdırılmalı və sonra bilinməli idi ki, nə mənimsənilib?” 

Vəkil Cahangir Hacıyevə qarşı qərəzin nədən başladığını belə izah edib: “C.Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva DİN-in polkovniki Hacı Məmmədov tərəfindən oğurlanmışdı. O zaman MTN-nin “Qara kəmər” əməliyyatından sonra Zamirə Hacıyeva azad edildi. Cahangir Hacıyevin o vaxtdan DİN-lə problemləri yaranmışdı. Ona görə də biz, işin DİN-in tabeliyində olan Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsində aparılmasına etiraz edirdik. Və bu işi araşdıran istintaq orqanının aidiyyəti üzrə dəyişdirilməsini istəmişdik. Amma bu barədə vəsatətlərimiz təmin edilmədi. İstintaq yekunlaşanda da biz etiraz etdik. Çünki istintaq natamam aparılmışdı. Bir çox məsələlər araşdırılmamışdı. Bu vəsatətimiz də təmin olunmadı. Ümumiyyətlə, istintaq zamanı qeyri-adi dərəcədə qanunsuzluqlara üzləşdik. Həmçinin məhkəmə istintaqında da ən adi vəsatətlərimiz təmin olunmadı. Məsələn, Cahangir Hacıyevin şüşə qəfəsdən çıxarılması ilə bağlı adi texniki bir vəsatət... Ümumiyyətlə, and içmək üçün bir vəsatətimiz belə, təmin olunmadı. Halbuki, bu vəsatətlər birbaşa işin mahiyyətinə təsir edirdi. Kreditlərin ayrıldığı layihələrin mövcudluğundan şübhələnmək olmaz. Çünki bunu sübut edən sənədlər var”. 

F.Mehdiyev bu iş üzrə digər şəxslərin də məsuliyyətə cəlb edilməli olduğunu söyləyib: “Burada mütəşəkkil dəstədən söhbət gedə bilməz. Əgər bunlar mütəşəkkil dəstədirlərsə, Emin Mustafayev, Akif Əliyev hanı? Hansısa filial müdirlərini həbs ediblər, amma kredit müqavilələrinə imza atanları məhkəmədə şahid kimi dindirirlər”. 

C.Hacıyevin vəkili bankdan ayrılan kreditlərin gəlir gətirmçəməsini bu şəkildə müqayisələndirib: “Prokuror deyir ki, əgər pullar layihələrə ayrılıbsa, niyə gəlir gətirməyib və kreditlər ödənməyib? Məgər, yeni evlənən cütlükdən bir ay sonra uşaq tələb etmək olar? Bu layihələrin gəlir gətirməsi üçün müəyyən vaxt lazım idi. Ümumiyyətlə, maraqlıdır ki, o layihələr haqda danışanda bunları vahimə basır. Niyə qorxursunuz? Cahangir Hacıyevə 313-cü maddə ilə vəzifə saxtakarlığı ittihamı irəli sürülüb. Cahangir Hacıyev hansı sənədi saxtalaşdırıb? Haradadır belə bir sübut? C.Hacıyevin bankda işlədiyi dövrdə təmiz gəlir 2001-ci ildə 7.4 milyon, 2002-ci ildə 6.2 milyon, 2003-cü ildə 9.7 milyon, 2004-cü ildə 14.2 milyon, 2005-ci ildə 22.1 milyon, 2006-cı ilda 143.09 milyon, 2009-cu ildə 54 milyon, 2014-cü ildə 25 milyon dollar olub. Bu ərəfədə dövlət büdcəsindən bir manat belə, ayrılmayıb. Ancaq rəhbərlik dəyişəndən sonra 2015-ci ildə 600 milyon manat ziyan olub. Bundan əlavə 3 milyard manat da bankın sağlamlaşdırlması üçün dövlət büdcəsindən ayrılıb. Bütün bunlardan sonra dövlətə zərəri kim vurub? Zərər də, subyekt də məlumdur. İndi cinayət işini qaldırın”. 

Növbəti çıxışıçı isə C.Hacıyevin digər vəkili Aqil Layıcov olub. O da çıxışında cinayət işinin qanunsuz aparılmasından şikayətlənib. 

Vəkil bildirib ki, Maliyyə Nazirliyi Cahangir Hacıyevə qara yaxmaqla məşğul olub, ancaq dövlətə bir manat da olsun, investisiya gətirməyib: “Cahangir Hacıyev həbsdə olmasına baxmayaraq bu gün də ölkəyə xeyli investisiya cəlb etmək iqtidarındadır. Müvəkkilimin maliyyə sahəsindəki reytinqi Maliyyə Nazirliyinin reytinqindən iki dəfə yüksək olub. Bu da ona qarşı qərəzin yaranmasına rəvac verib”. 

Vəkil əvvəlki proseslərdə qaldırdıqları vəsatətlərin təmin olunmamasına da toxunub: “Bizim bəzi lazımi sənədlərin aidiyyəti qurumlardan alınaraq məhkəmədə araşdırılması ilə bağlı vəsatətlərimiz də təmin edilmədi. Ancaq məhkəmədə həmin sənədlərin məhkəməyə gətirləcəyi deyilmişdi. Məhkəmədə ittiham tərəfinin 80-ə qədər şahidi dindirilib. Amma bizim bir nəfər də olsun, istədiyimiz şahid dindirilmədi. Dəymiş zərərlə bağlı gündə bir rəqəm açıqlanır. Bu işin ağırlığını başa düşürük. Heç olmasa, formal olaraq da bəzi addımlar atılmalı idi. Bu cinayət işi 2015-ci ilin aprel ayında açılıb. Qanuna görə istintaq maksimum 13 ay aparıla bilər. Bu işin istintaqı uzağı 2016-cı ilin mayında yekunlaşmalı idi. Amma iyul ayında yekunlaşdırılıb və məhkəmyə göndərilib. Bu da çox ciddi qanun pozuntusudur”.

Vəkil Changir Hacıyevin arvadı Zamirə Hacıyevanın arxasından göndərilən əməliyyat qrupundan da danışıb: “Qrup yaradaraq Zamirə Hacıyevanın (Zamirə Hacıyeva Büyük Britinayida yaşayır) arxasınca gedirsiniz, amma bizim dediyimiz şəxsləri dindirə bilmirsiniz? Gətirərdiniz də Zamirə Hacıyevanı, bəs, noldu?”

Vəkil çıxışının sonunda müvəkkilinə bəraət verilməsini istəyib.

Digər təqsirləndirilən şəxslərin vəkilləri də çıxışlarında hüquqlarını müdafiə etdikləri şəxslərə qarşı irəli sürülən ittihamlarla razı olmadıqlarını, onlara bəraət verilməsini istəyiblər.

Məhkəmə prosesi oktyabrın 5-də davam etdiriləcək.

Xatırladaq ki, sonuncu məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərə iş istəmişdi. Prokuror Fərid Nağıyev çıxışında Cahangir Hacıyevə 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov, Kənan Orucovun hər birisinə 8 il, İbrahim Hüseynovla Yusif Ələkbərova 11 il və Azad Cavadova isə 12 il 11 ay azadlıqdan məhrum edilmə cəzası tələb etmişdi. 

Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!