VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
3/10/2016 [16:49] - Cəmiyyət ( 805 dəfə baxılıb)
Azərbaycanlı professorun FETÖ barədə yazdığı məqalə Türkiyədə və Avropada dərc olundu

Dünya Azerbaycanlıları Konqresi Əlagələndirmə Şurasının Üzvü, Prof.Dr. Aygün Attar Həşimzadənin qələmə aldığı bu yazı Türkiyə Belçika ve Hollandiyada yayımlandı. Azerbaycan Diasporunun tanınmış nümayəndəsi Azərbaycana iftira atanlara tarix dərsi verib, həqiqətləri anladıb.

Avropa.info yazının əhəmiyyətini nəzərə alaraq oxuculara təqdim edir:

"Son günlərdə Türkiyədə mətbuat vasitəsi ilə FETÖ-nü bəhanə edərək Azərbaycana qarşı hücuma keçən bir qrup var. Sanki Türkiyədə FETÖ-nün bütün fəaliyyəti araşdırıldı, bir-birinə qarışan mürəkkəb münasibətlər sistemi aşkarlandı, vətən xainləri ifşa edildi, onlara yardım edənlər üzə çıxarıldı və burada bu iş bitdi, FETÖ-nün fəaliyyəti tamamən dayandırıldı və indi növbə Azərbaycana gəldi. Ölkənin yaşadığı hala baxdığımız zaman, ortaya çıxan vətən xainliyindən, edilən çevriliş cəhdlərindən, bütün bu xəyanət fəaliyyətlərinin bir tərəfindəki bəzi insanların can Azərbaycana da pay vermə cəhdlərini görmək mümkündür. Azərbaycan iqtidarından məmnun qalmayan (dünyanın bir çox yerində olduğu kimi), Azərbaycandan istədiyini ala bilməyən şəxslərin sifarişi ilə bir dövrün tarixinin dəyişdirilərək yazıldığı bu yazılarda, sanki FETÖ tərəfindən bütün təşkilatları ələ keçirilmiş bir Azərbaycan mənzərəsi yaradılmaqda, hətta Heydər Əliyevin bu təşkilat tərəfindən hakimiyyətə gətirildiyi iddia edilməkdədir. Şübhəsiz ki, bu cür cəfəngiyyat və şişirdilmiş bir ssenarini ortaya atanlar Azərbaycanın tarixi keçmişi və bu günündən xəbərsizdirlər. 

Əvvəla, Heydər Əliyev SSRİ-də Siyasi Büro Üzvü vəzifəsinə qədər yüksələ bilmiş tək Türkdür. Karyerasına çox gənc yaşlarında başlamış olan Heydər Əliyev önünə çıxan hər cür maneələrə baxmayaraq, ibrət alınacaq uğurlara imza atmış öndə gedən müsəlman olaraq bütün dünya tərəfindən tanındığı illərdə FETÖ lideri olan şəxsin (özü həyatımın heç bir mərhələsində maraq dairəmə daxil olmadığı üçün dəqiq bilməsəm də) bu ölkədə heç adı anılmırdı. Kiçik, ucda-bucaqda olan yerlərdə iş görən ibtidai dini təhsil görmüş biri idi. Belə birinin SSRİ-yə əl uzatması iddiadı gülüncdür. Azərbaycanlı qardaşlarımızın deyimi ilə, "özünə umac ova bilməyən birindən başqasına əriştə kəsməsini" gözləyə bilməzsən. Digər ağlasığmaz bir iddia da, guya şahidlərin ifadəsinə əsasən yazılan, Elçibəyin iqtidardan çevriliş ilə uzaqlaşdırılması, Heydər Əliyevin FETÖ tərəfindən hakimiyyətə gətirilməsi planına dair iddiadır. Əgər FETÖ-nün lideri olan bu şəxs 1993-də bir dövlətin başından bir şəxsi alıb digərini oraya gətirəcək qədər güclü idisə niyə Türkiyə üçün də bu planı reallaşdırmaq istəyi olmadı və hələ də Rusiyanın nəfəsinin hər tərəfində hiss edildiyi bir bölgədə belə bir plan etmək istədi. Halbuki o illərdə Türkiyədə koalisiya hökumətləri və yüksək inflyasiya səbəbi ilə cəmiyyətdə yaranan vəziyyət buna zəmin yaradırdı. Hərbi səbəblərə görə olmazdı deyə düşünsək də, Azərbaycanda da vəziyyət fərqli deyildi. Silahlanmış könüllü milli birliklər xaricində ölkədəki professional əsgərlər Rusiya tərəfdarlarıydılar. Necə ki, Elçibəy, Sürət Hüseynov qiyamından sonra ölkədə ehtimal edilən vətəndaş müharibəsinin qarşısını almaq üçün Bakını tərk edərək Kələkiyə getməyə məcbur qalmışdı. Geriyə tək bir ehtimal qalır: FETÖ, rəhbərliyini Elçibəyin etdiyi Azərbaycan Xalq Cəbhəsi ya da Rusiya ilə əməkdaşlıq edib? Bu, çox absurd iddiadır. Belə iddialar ilə Azərbaycan haqqında fikir irəli sürmədən öncə həmin illərin tarixi ilə maraqlanmaq tarixi oxumag lazımdır uygurmak deyil. Heydər Əliyevin Moskvadan Azərbaycana geri dönməsi mövzusuna gəldikdə isə, bu mərhələ hər kəs tərəfindən bilinən və tarix səhifələrində Heydər Əliyevin vətənpərvərliyini göstərən hadisələrin son mərhələsidir. Onun, Azərbaycanın müstəqilliyi uğrunda fədakarlıq edərək, çox çətin vəziyyətdə olan Naxçıvana dönüşünü, çox bəsit bir hadisə kimi qələmə vermək, Heydər Əliyevin mənəvi şəxsiyyətinə hörmətsizlik və onun vətəni üçün etdiyi xidmətlərə kölgə salmaq üçün edilən bir cəhddir. Əslində o illərdə nələr oldu və Heydər Əliyev necə geri döndü? 20 yanvar 1990 tarixində SSRİ-nin başında olan Mixail Sergeyeviç Qorbaçovun əmri ilə Rus ordusu Bakıya daxil oldu və Milli Azadlıq Mübarizəsi üçün ayağa qalxan Azərbaycanlıları insafsızca qətl etdi. Eynilə 1920-ci ilin 27 aprel tarixində etdikləri kimi. O illərdə Siyasi Büro Üzvü və SSRİ Baş Nazirinin Müavini kimi çox önəmli vəzifələrdə çalışmasına baxmayaraq bütün bunları düşünmədən rədd edən Heydər Əliyev, Azərbaycana edilən bu qətliama etiraz edərək bütün vəzifələrindən istefa verdi və Moskvada olan Azərbaycan Evinin həyətində ailəsi ilə çadır quraraq, bütün bu yaşananları boykot edən soydaşlarla birlikdə, Azərbaycan xalqının əvvəldən də ona olan sevgisini çox çıx artırdı. O zaman Azərbaycan dövlətinin başında prezident olarak böyük Türk Milliyyətçisi Elçibəy dururdu.Ancak bir tərəfdən Ermənistanın Qarabağ başda olmaqla Azərbaycan torpaqlarını işğal etməsi, digər tərəfdən Sürət Hüseynov qiyamı zamanı Xalq Cəbhəsi iqtidar olmasına baxmayaraq ölkədə iqtidarın tam sahibi ola bilmədiyi və ölkə iki başlı idarəetmə ilə parçalanmaya yaxın olduğu üçün Azərbaycan Parlamentinin və milyonlarla vətəndaşın ölkədəki xaosa son verə biləcək tək lider olaraq gördükləri və səslədikləri Heydər Əliyev, millətin səsinə cavab verdi və vətənə, Naxçıvana geri gəldi. Bütün Azərbaycanın tələbi və Elçibəyin şəxsən etdiyi təklif və dəvəti ilə Heydər Əliyev Bakıya gəldi və vəziyyətə hakim oldu. Belə bir qısa zaman ərzində də təcrübəli bir dövlət başçısı olduğu hər kəs tərəfindən bilinən və qəbul edilən bu ağıllı lider ölkədəki vəziyyətə hakim oldu. Azərbaycanın vəziyyəti sabitləşdi.

Bütün bunlara dair arxivlərdə çoxlu sənədlər, başda Azərbaycan Televiziyasının materialları olmaqla onlarla video görüntülər və qəzetlər olmasına baxmayaraq, bir zamanın ağrılı amma şərəfli mübarizəsini, müstəqillik mübarizəsini, nə olduğu bəlli olmayan bir vətən xaini etmiş kimi göstərmək sadəcə H.Əliyev düşmənliyi etmək deyil, eyni zamanda Azərbaycan xalqına, Azərbaycan dövlətinə və onun tarixinə hörmətsizlikdir, xəyanətdir. Azərbaycan istər Elçibəy, istər Heydər Əliyev, istərsə də İlham Əliyevin iqtidarda olduğu zamanlarda Türkiyəyə böyük önəm vermiş, Türkiyənin gücündən qürur duymuş, Türkiyəyə zərər gəlməməsi üçün yüksək diqqət göstərmişdir. Bir millət iki dövlət deyiminin təməlini qoyan və bütün dünyanın tanıdığı bir lideri FETÖ-nün iqtidara gətirdiyi bir şəxs olaraq insanlara göstərmə cəhdləri, sadəcə həddini aşmaq deyil, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin yaxınlığından narahat olanların işinə yarayan bir plandır. Eyni zamanda iki ölkə arasında olan xoşagəlməz mövzuların önəmsiz olaraq gündəmi işğal etməsi cəhdləridir və fikrimcə əsl gündəmin insanların diqqətindən yayındırılması cəhdləridir. Türkiyənin ən çətin günlərində Azərbaycan, Azərbaycanın ən çətin günlərində Türkiyə hər zaman onun yanında olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, “17-25 dekabr” prosesi ilə başlayan, 15 iyul vətənə xəyanət çevriliş cəhdi ilə davam etdirilən, hakimiyyəti ələ alma təşəbbüsü içində olanlara Türkiyədə necə rəftar edilmişsə, Azərbaycanda da bu rəftarın eynisi edilmişdir. Bu hiyləgər təşkilatlanmanın dərhal və tamamilə yox edilməsinin imkansız olduğunu hamımız bilirik. Amma burada önəmli olan niyyət və işin icrasıdır. Azərbaycanın, mövzu Türkiyə olduqda bütün sahələrdə olduğu kimi bu sahədə də niyyəti və düşüncəsi aydındır. Heç kim bu mövzuda fərziyyələr irəli sürməyə cəhd etməsin; belə bir düşüncədə olanlar onsuz da istəklərini həyata keçirə bilməzlər. Mart ayında Ankarada ölkənin paytaxtını qana bulayan terror hadisəsi hər kəsi hüznləndirdi. Eyni cür hücuma bizdən öncə məruz qalan Fransaya dəstək üçün Qərbin axın etdiyi Parisdən fərqli olaraq, yalnız qaldığımızda Azərbaycan Prezidenti İlham Əliyev, “siz gələ bilməsəniz, biz gələrik” deməsindən əlavə olaraq bütün planlarını ləğv edərək bir günlük Türkiyəyə gəldi. Dünyaya Azərbaycanın Türkiyənin yanında olduğu mesajını verdi və Əliyev-Ərdoğan qucaqlaşması tarixə keçdi. Eynilə Ərdoğanın BMT-də və digər beynəlxalq platformalarda Qarabağı və Azərbaycanın işğal edilmiş bütün ərazilərini Ermənistanın ən qısa zamanda tərk etməsini tələb etmiş və bu tələb də tarixə keçmişdir. Bu və bunun kimi çox nümunə Azərbaycan Türkiyə münasibətlərinin son zamanlardakı göstəricisidir. FETÖ ilə mübarizə Türkiyəni və Türklüyü sevənlərin öndə gələn vəzifəsidir. Son zamanlarda Azərbaycanda xarici dövlətlər və bəzi güclər tərəfindən maliyyələşdirilən, İ.Əliyevə qarşı olan mitinqlərdə bu təşkilatlamanın Azərbaycan qolu fəal iştirakçılar olaraq yer almış və İ.Əliyevdən iqtidarı tərk etməsini tələb edib Azərbaycanda xaos yaratmaq istəmişdir. FETÖ-nü həqiqətən və bütün tərəfləri ilə ifşa etmək istəyən Türkiyə və Azərbaycan mediasının onları müşahidə etməsi lazımdır. Həyatını Azərbaycanın və Türk Dünyasının müstəqilliyi və gələcəyinə həsr edən insanlara atılan böhtanlar, əbəs yerə zaman itirməkdən başqa bir şey deyil. Son olaraq, Azərbaycan Türkiyə münasibətləri şəxsi ehtiras, şəxsi proqnozlar üçün böhtan atılmayacaq qədər tarixi və dostca bir münasibətdir. Bunu unutmayın; içində Qafqaz İslam Ordusunun ruhu olan bu münasibətləri pisləşdirməyə cəhd edənləri tarix bağışlamaz. Azərbaycan Can, Türkiyə Ürəktir Canı haqsız olaraq kədərləndirdiyin halda Ürək qırılar. Halbuki bizə gırık değil cəsur ürəklər lazımdır. Eynilə Türkiyə və Azərbaycan dövlət başçıları R.T.Ərdoğan və İ.Əliyev kimi. Allah, onlara, başçıları olduqları dövlətlərə və bu dövlətlərdə olan millətə zaval verməsin".

Aygün Attar Həşimzadə,
Dünya Azərbaycanlıları Konqresi Əlaqələndirmə Şurasının üzvü, Giresun Universitetinin tarix kafedrasının müdiri, professor

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!