VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
1/10/2016 [13:30] - Siyasət ( 4646 dəfə baxılıb)
Bakının "İsgəndər"lərə cavabı: "Qrom" operativ-taktiki raketləri?

Rusiyanın Ermənistana "İsgəndər” operativ-taktiki raketlərini verməsindən sonra regionda yaranmış yeni hərbi-siyasi situasiyaya adekvat olaraq Azərbaycanın hansı cavab tədbirləri görəcəyi hazırda bu sahə üzrə analitikləri düşündürən əsas mövzudur. Xəbər verildiyi kimi, "İsgəndər” raketləri sentyabrın 21-də İrəvanda keçirilən hərbi paradda nümayiş etdiriləndən bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi prezident İlham Əliyevin tapşırığı ilə xidməti müşavirə keçirdi. Müşavirədə "regionda yaranmış yeni hərbi-siyasi situasiya nəzərə alınmaqla” Ermənistanın bütün ərazisində strateji və hərbi hədəflərin müəyyən edilib onlara qarşı kəşfiyyatın dərinləşdirilməsi, həmin hədəflərin hər an məhv edilə bilməsi üçün hazırlıqların görülməsi barədə qərarlar qəbul edildi.

Virtualaz.org bundan əvvəl də qeyd etdiyi kimi Bakının İrəvanda nümayiş olunan "İsgəndər”lərə cavab variantlarından biri Azərbaycan silahlı qüvvələrinin malik olduğu, hədəfi yüksək dəqiqliklə vuran raket sistemlərinin köməyi ilə Ermənistan ərazisinin dərinliklərində, o cümlədən İrəvanda hərbi-strateji obyektləri hədəfə almaqdır. Rusiya bu silahları Ermənistana tətbiq olunmaq üçün deyil, şübhəsiz ki, Azərbaycanı öz ərazilərini azad edə bilmək üçün irimiqyaslı hərbi əməliyyatlara başlamaqdan çəkindirmək üçün verib. Başqa sözlə, Moskva ona nail olmaq istəyib ki, hərb variantı Qarabağ məsələsinin mümkün həlli variantları sırasından çıxsın.

Lakin Bakı buna yol verə bilməz. İndiyə qədər olduğu kimi bundan sonra da Ermənistana nümayiş etdirməlidir ki, onun işğal altındakı əraziləri hərbi yolla geri qaytarmaq üçün aydın seçim imkanları var. Bu baxımdan Azərbaycanın "İsgəndər”lərə cavab olaraq Ermənistanın bütün ərazisi boyu hərbi-strateji hədəfləri "nişangaha alması” erməni tərəfini həmin raketləri tətbiq etməzdən əvvəl azı iki dəfə düşünməyə məcbur edəcək amildir.

Ancaq başqa cavab tədbirləri də görülməlidir ki, bura Azərbaycanın hərbi potensialının daha da möhkəmləndirilməsi, eyni zamanda 300 km və daha uzaq mənzilli operativ-taktiki raketlərin əldə olunması daxildir. Belə görünür ki, Bakı bu variant üzərində çoxdan işləyir. Birincisi, Azərbaycan tərəfdaş ölkələrdən 500 km mənzilli operativ-taktiki raketlərin alınmasına dair danışıqlar aparır ki, bunu bir neçə ay əvvəl raket-artilleriya qoşunlarının komandanı, general Zahid Hüseynov mətbuata açıqlamışdı. İkincisi, Azərbaycan hərbi sənayesini inkişaf etdirməkdə olan ölkə kimi yaxın mənzilli operativ-taktiki ballistik raketləri həm də özü istehsal etmək istəyir ki, bunu da bu günlərdə müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlayıb.

İkinci variant həm də ona görə optimal olardı ki, Azərbaycan bu cür raket texnologiyasını əldə edəndən sonra yaxın mənzilli ballistik raketlərin kütləvi istehsalını həyata keçirə bilər. Hərb qanunlarına əsasən bu cür raketlərlə kütləvi zərbələr təbii ki, Ermənistanın malik olduğu məhdud sayda "İsgəndər” raketlərinin zərbələri ilə müqayisə oluna bilməz. Ona görə də Azərbaycan düzgün taktika üzrə gedir və indiyə qədər hərbi sahədə qurduğu güclü tərəfdaşlıq münasibətləri baxımından yaxın mənzilli ballistik raket texnologiyasını əldə etməkdə çətinlik çəkməyəcək.

Və belə tərəfdaş ölkələr arasında Ukrayna və Belarus da yer alır. Niyə məhz Ukrayna və Belarus? Azərbaycanın yaxın mənzilli raket texnologiyası sahəsində əməkdaşlıq edə biləcəyi ölkələr arasında bu iki ölkə niyə birinci yada düşür?

Bu günlərdə Belarus müdafiə naziri Andrey Ravkov Bakıda səfərdə olub və müdafiə naziri Zakir Həsənovla, prezident İlham Əliyevlə danışıqlar aparıb. Habelə Bakıda keçirilən ADEX-2016 müdafiə sərgisində Ukrayna hərbi sənayesinin aparıcı müəssisələrinin rəhbərləri Azərbaycan tərəfi ilə danışıqlar aparıblar.

Məsələ bundadır ki, Ukrayna və Belarus Rusiyanın "İsgəndər” raketlərinin analoqu olan operativ-taktiki raket kompleksi üzərində çoxdandır iş aparır. Bu, 300 km mənzilli, 480 kiloqramlıq döyüş başlığına malik, hədəfi dəqiq vuran "Qrom-2” operativ-taktiki raket kompleksləridir.

Məlum olduğu kimi sovet dövründə Ukraynada müxtəlif tipli ballistik raketlər istehsal edən hərbi sənaye müəssisələri yerləşirdi və bu ölkə keçmiş sovet respublikaları arasında ballistik raket texnologiyasına malik yeganə ölkədir. Lakin 90-cı illərin əvvəllərindən başlayaraq Ukrayna hərbi sənayesi dağıldı. İndi Krımın ilhaqından və Donbassın faktiki işğal olunmasından sonra Ukrayna öz hərbi sənayesini dirçəltməyə, ordusunu gücləndirməyə çalışır. "Qrom-2” operativ-taktiki raketləri üzərində iş də bu çərçivədə başlayıb. Həmin raketlərin üzərində iş əslində 90-cı illərin sonlarında başlamışdı, ancaq vəsait olmadığından işlər yarmıçıq qalıb. İndi isə Ukrayna Belarus, Pakistan və Səudiyyə Ərəbistanı kimi ölkələrlə danışıqlar apararaq layihə üçün maliyyə mənbələri, texnoloji dəstək əldə etməyə çalışır.

Həmin ölkələrin "Qrom-2” raketlərinə marağı nədən irəli gəlir? Virtualaz.org qeyd edir ki, Belarus Rusiya ilə "qardaş dövlətlər” olsa da Moskva Minskə qabaqcıl texnologiyalara əsaslanan silah sistemlərini, o cümlədən "İsgəndər”ləri verməkdən imtina edir. Belarus isə özü bu raketlərin analoqunu əldə etməyə çalışır. Əslində "İsgəndər” komplekslərinin yerləşdiyi mobil platformanı Belarusun hərbi-sənaye müəssisəsi-Minsk maşın-traktor zavodu istehsal edir. Bu baxımdan Belarusa təkcə raketin özünü əldə etmək kifayət edərdi.

Ukrayna mənbələrinin xəbərlərinə görə, bu payız Pavloqrad Kimya Kompleksi "Qrom-2” raketlərinin ilk sınağını keçirməyə hazırlaşır. Və raketlər Belarusun istehsalı olan, "İsgəndər”lərin yerləşdiyi mobil platforma üzərində yerləşdiriləcək. Ukraynanın raket proqramı üzərində işi davam etdirmək üçün vəsaiti xaricdən cəlb etdiyi bildirilir. Ehtimal ki, söhbət Səudiyyə Ərəbistanından gedir. Çünki Rusiya "İsgəndər”ləri Səudiyyə Ərəbistanına da satmayıb. Belarusun isə bu layihəyə maliyyə dəstəyi vermək imkanları məhdud hesab olunur.

Belarus prezidenti Aleksandr Lukaşenko 2008-ci ildə "The Wall Street Journal”a müsahibəsində ölkəsinin "İsgəndər” raketlərinin analoqu üzərində iş apardığını açıqlayıb. 2014-cü ildə Belarus nümayəndə heyəti Ukrayna hərbi sənaye müəssisələrində, o cümlədən "Qrom-2” raketlərinin layihəsi üzərində işləyən Dneprepetrovsk hərbi-sənaye müəssisəsində danışıqlar aparıb. 2015-ci ildə 9 may Qələbə Günü münasibətilə Minskdə keçirilən hərbi paradda "İsgəndər”lərin analoqunun nümayiş etdiriləcəyi açıqlansa da Belarus həmin paradda "Smerç” reaktiv yaylım atəşi sistemlərinin analoqu olan yeni "Polonez” reaktiv sistemini nümayiş etdirmişdi. Hərbi ekspertlərə görə, Belarus "İsgəndər”lərin analoqu dedikdə məhz "Qrom-2” raketlərini nəzərdə tuta bilər. İndi müzakirələrə Azərbaycan da qoşulur və Bakı "İsgəndər”ləri neytrallaşdırmaq üçün mümkün variantlardan biri kimi Ukrayna-Belarus birgə istehsalı kimi "Qrom” komplekslərini də nəzərdən keçirir. Belarus ekspertlərinə görə, Azərbaycan bu layihəyə maliyyə ayıra və "Qrom” komplekslərinin ilk alıcılarından ola bilər.

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!