VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
AVROPA.info-nun arxivi
14/7/2016 [14:54] - Köşə ( 1426 dəfə baxılıb)
Mən Naxçıvana niyə gedə bilmirdim? - Məmmədəli Qəribli (Birinci yazı)
Məhəmmədəli Qəribli

Yaradılan süni əngəllər kimin marağına xidmət edib?

Naxçıvana gedib-gələndən sonra hamı mənə maraqlı sualla müraciət edir: Nə yaxşı getmişdin? Səfərim barədə maraqlı sualın yaranmasına müasir dövrdə günümüzün və məişətimizin ayrılmaz parçasına çevrilən sosial şəbəkələrdə paylaşdığım şəkillərin səbəb olduğunu bilirəm. Əslində, insanların təəccübünü anlayıram və bilirəm ki, hər Naxçıvana gedən naxçıvanlı əsilli adama təəccüblə mənə verilən sual ünvanlanmır. Bəli, bəzi obyektiv səbəblərə görə, uzun illər idi ki, doğulub boya-başa çatdığım Naxçıvana gedə bilmirdim. İnsafən deyim ki, mənə muxtar respublikaya səfər etməyi heç kim qadağan da etməmişdi. Ancaq son illər ərzində Naxçıvan barədə bəzi sabiq səlahiyyət sahiblərinin yaratdığı informasiya blokadası həmin məkan barədə bizim kimi müstəqil mövqeli jurnalistlərdə bir növ xof da yaratmışdı. Xüsusilə də Naxçıvan əsilli ictimai-siyasi fəallar, jurnalistlərin hər dəfə ora səfər edəndə bir sürprizlə qarşılaşması “getməsəm daha yaxşıdır” devizini vacib normaya çevirmiş olurdu. Bəli, adam qorxurdu ki, heç nədən şərlənə bilər. Fikirləşirdim ki, “Naxçıvan barədə bütün mənfi informasiyaları mətbuata bu ötürür” kimi boyumuza “biçilən” şər-böhtan növbəti ittiham kimi hər an doğma diyarda bizi yaxalaya bilər. Bunu edə biləcək adamın səlahiyyətləri çox böyük idi. Mən Bakıda ola-ola oxşar bir “ittihamla” rastlaşdığım səbəbindən deyilən şəri yaxa biləcək adamdan özümü sığortalamağa çalışırdım.

Qohumları üz-üzə qoymaqla öz maraqlarını təmin edən sabiq nazir

Ad çəkməyəcəm, amma günlərin birində çox yaxın qohumumdan mənə gələn bir ismarıca təəccüblənməyə bilməzdim. Hazırda həbsdə olan sabiq MTN-nin Naxçıvandakı sabiq naziri Vəli Ələsgərov bəzi qohumlarımı inandıra bilmişdi ki, vəzifəli şəxs kimi onların marağına toxunan yazıların mətbuatda yazılmasını mən təşkil edirəm. Onlar Vəliyə çox inandıqları üçün, mənə həmin rakursdan baxmağa başladılar. Amma bilmirdilər ki, deyilən proses “nurçu ovu” dalğasında getdiyi üçün proseslərin miqyası mənim hansısa formada təkan verə biləcəyim həddə deyildi. Yəqin bir faktoru da ağıllarına gətirmək istəmirdilər ki, mən öz qohumlarımdan donos yazmaq səviyyəsinə enə bilməzdim. Amma onların səlahiyyət sahibinə inanmaqdan başqa çarələri qalmamışdı. Həmin proseslərin fonunda regional mahiyyət daşıyan böyük həbslər dalğası həyata keçirildi. Aydındır ki, belə hadisələrə dünyanın aparıcı KİV-ləri belə böyük diqqət və maraq göstərir. Məlumatlar senasion əhəmiyyət kəsb etdiyi səbəbindən şok xəbərin hazırlanması həvəsi bizim ölkənin KİV-lərinin də diqqətini cəlb etmişdi.

 

veli-elesgerov1

 

Vəli Ələskərovun istəyi və yalnış hədəfi…

Detallarına varmayacam, Naxçıvanla bağlı anoloji və yalnış mahiyyət daşıyan oxşar bir hadisə baş vermişdi. Bizim yerli mətbuat həmin informasiyaya göstərilən maraqdan kənarda qala bilmirdi. Amma Vəli Ələsgərov hər bir mövzudan öz xeyiri üçün şou düzəltməyi xoşladığı səbəbindən bu məsələ ətrafında da, digərlərində olduğu kimi problemi yaradıb, sonra onu həll “etməklə” gözə girmək istəyirdi. Bizim apardığımız araşdırmadan sonra məlum olub ki, həmin proseslərdə Vəli Ələsgərovun birbaşa marağı olub. Onun “nurçuların” Naxçıvandakı açar fiquru sayılan şəxslə Naxçıvan hüdudlarından kənarda hansı oyunlardan çıxmasına dair də faktlara malikik. Təbii ki, belə qaranlıq fəaliyyəti pərdələmək üçün diqqətləri başqa istiqamətə fokuslamaq lazım idı. Hətta bir neçə dəfə onun ifasında bu rol gözəl də alınmışdı.
Gəldik əsas mətləbə. Naxçıvana getməməyimin səbəblərindən biri də bu idi. Vəli Ələsgərovun ssenarisində qurbanlı rolunu almaq istəmirdim. Naxçıvana vacib bir işlə bağlı səfər etdim. Həm də, öz analizlərim nəticəsində gəldiyim qənaəti nəzərdən keçirmək istədim. Demək ki, yanılmamışam. Belə süni və miqyasca kiçik problemlərin yaradılması muxtar respublika rəhbərliyinə heç də lazım deyilmiş. Əksinə, ordakı müşahidələrimdən sonra bu qənaətə gəldim ki, Naxçıvanda tamamilə fərqli siyasətin yürüdülməsində maraqlıdırlar.

 

azal

 

“AZAL” blokada faktorundan necə yararlanır?

Hər bir naxçıvanlı kimi mən də öz doğma yurduma təyyarə ilə getməli oldum. İğdırdan İstanbula, 2000 kilometr məsafəni getmək üçün tələb olunan 50 manatlıq biletlə Bakıdan 600 kilometr uzaqlıqdakı Naxçıvana uçmaq üçün Heydər Əliyev adına Hava Limanına gəldim. Yay tətili başladığı üçün Naxçıvana gedənlərin sayında çoxluq müşahidə olunurdu. Biletlərin qiymətindən hamının narazı olduğunu gördüm. Çünki blokada şəraitində yaşamaq kimi acı taleyi muxtar respublika sakinləri özləri üçün könüllü seçməyiblər. Ona görə də, “Azal”ın müqəddəs borcudur ki, yerli reyslərə, xüsusilə də Naxçıvana satılan biletlərin qiymətini yenidən nəzərdən keçirsin. Ucuşum İstanbul hava limanında baş verən terror hadisəsi dövrünə təsadüf etdiyi üçün Bakıdakı aeroportda yüksək təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini müşahidə etdim. Mənə ilk maraqlı gələn bu oldu ki, proseslərə bir qədər tez etiraz edən region mənsubları kimi tanınan naxçıvanlılar həmin tədbirlərə adi norma olaraq baxırdılar. Belə dəqiq profilaktikaya məruz qalan ağsaqqal dindar sərnişinin “belə lazımdır, yaxşı yoxlayın, camaatımız yazıqdır” kimi işlətdiyi ifadə mənim gözümdə yeni bir baxış bucağı formalaşdırdı (bu barədə sonra bəhs edəcəyik-M.Q.) “Azal”ın Naxçıvana uçan təyyarələrində xidməti personalın Azərbaycan və ingilis dillərində verdikləri elanlarla bağlı da iradımı bildirməyə bilməzdim. Doğma dilimizdə verilən elanlar başqa dilin daşıyıcıları tərəfindən səsləndirildiyi səbəbindən məzmun çətin başa düşülürdü. Naxçıvana uçanların çoxu həmin elanları ingilis deyil, məhz Azərbaycan dili kontekstindən anlamaq zorunda olduqları səbəbindən heç nə başa düşmürdülər. Hiss etdim ki, təyyarədə səslənən vacib elanları sərnişinlər haqlı ironik gülüşlə qarşılayırlar.

Mənim təəccübümə nələr səbəb oldu?

 

1

Bir saata yaxın olan uçuşdan sonra təyyarəmiz Naxçıvan Beynəlxalq Hava Limanına eniş etdi. “Trap” deyilən xüsusi pilləkənın təyyarəyə yan alacağını və təyyarənin bortundakı bir neçə xidmətin bizi yoxlayacağına hazırlaşırdım. Təyyarənin çıxış qapısına yaxınlaşanda məlum oldu ki, hava terminalı ən müasir standartlara cavab verir. Təyyarədən “trapa” deyil, birbaşa binaya çıxdıq. Bunu mən dünyanın ən müasir şəhərlərində gördüyümdən, sanki özümü London, İstanbul, Paris aeroportunda hiss etdim. Enərkən heç bir sənəd yoxlanışına məruz qalmadım. Gecə saat üç radələrində eniş etdiyim səbəbindən gözlədim ki, çıxan kimi taksi sürücülərinin “Şərura, Ordubada bir nəfər” deyərək üstümə hücum edəcəkləri mənzərə ilə rastlaşacam. Çünki əvvəllər belə idi, taksi sürücüləri adamı aeroportun qapısından “oğurlayırdı”. Çox səliqəli şəkildə sıra ilə düzülmüş eyni rəngli taksiləri gördüm. Hər birinin də yanında xüsusi geyim və qalstukda olan sürücülər dayanmışdı. Sürücülər yalnız onlara yaxınlaşan sərnişinlərə cavab verirdilər. Onlardan birinə əyləşib mənə lazım olan istiqaməti sifariş etdim. Taksi sürücüsünün dərhal təhlükəsizlik kəmərini taxdığını gördüm. Avtomobilin aşağı sürətlə hərəkət etdiyi məni təəccübləndirdi. Sürücü təəccübümə səbəb olanları belə izah etdi : “Burada kimliyindən asılı olmayaraq, hamı təhlükəsizlik kəməri taxır, avtomobilini işıqforun qırmızı işığında durdurur və şəhərin daxilində 40-dan yuxarı sürətlə hərəkət etmir. Buna hətta ən böyük vəzifəlilər riayət etdiyi üçün, biz nə çarəyik ki, etməyək”. Tanıyanlar bilir ki, Naxçıvan hava limanından şəhərə gedən yolda Koroğluya ucaldılan bir abidə var. Həmin abidə SSRİ dövründə düzəldilmişdi. Diqqətimi bir qədər fəqli formatda çəkdi. Taksi sürücüsü dedi ki, atı dəyişiblər. Doğrudan da, əvvəlki at qəhrəman kimi mifə çevirdiyimiz adama yaraşmırdı. Çünki çox balacaydı. Hiss etdim ki, heykəl adına layiq olan əzəməti özünə qaytarıb. Gecə saatları olmasına baxmayarq, Naxçıvan şəhərinin çil-çıraq içərisində olduğu məni təəccübləndirdi. Bunun səbəbi də sadə imiş. Məlum oldu ki, bir vaxtlar elektrik enerjisi təminatı sarıdan əziyyət çəkən Naxçıvan hazırda öz tələbatını tam daxili resurslar hesabına ödəyir və üstəlik xarici dövlətlərə enerji satır. Şəhərin işıqlandırlmasında istifadə olunan xüsusi lampaların alınmasına isə, xüsusi fikir verilib. Paytaxtdan fərqli olaraq, orda daha çox işıq verən, lakin az enerji məsrəf edən xüsusi işıqlandırma sistemlərindən istifadə olunub. Bu da qənaət adı ilə işıqların gecə saatlarında söndürülməməsini şərtləndirir. Naxçıvandan Şərura olan 60 kilometrlik məsafədə hərəkət etdiyimiz yolda bir dənə də olsun çalaya-çökəyə rastlaşmadığımız səbəbindən, yol mənə layla çalırdı… (ardı var)

ALI_1480

EMS_6896

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!