VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
AVROPA.info-nun arxivi
29/3/2016 [15:16] - Köşə ( 2213 dəfə baxılıb)
Ermənilərin Zəngəzurda törətdikləri qırğınlar
Hacı Nərimanoğlu

Böyük Britaniyanın Qafqazdakı diplomatik nümayəndəliyinin rəhbəri general Tomson 1919-cu il martın 28-də Yerevanda Ermənistan hökumətinin iclasında çıxışında demişdir: "...Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə ediləcək...Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan təcili öz nümayəndələrini verməlidir...

Erməni qoşunları Qars və Naxçıvanı, Şərur-Dərələyəz-Sürməlini tuta bilər... Azərbaycan ordusu indi durduğu yerdən-Ağdam və Xankəndindən bu tərəfə keçməyəcək... Azərbaycan hökumətinin martın 19-da keçirilən iclasında qərar qəbul edilmişdir ki, Daxili İşlər Nazirliyi 1300 nəfərlik piyada və 500 nəfərlik erməni süvari dəstəsinin Şuşa, Xankəndi, Əsgərandan keçib Ermənistana getməsi üçün hərtərəfli səy göstərəcək. Mayor Monk Mezon mənə məlumat vermişdir ki, Azərbaycan hərbi hissələri general Mehmandarovun rəhbərliyi ilə onların sağ-salamat keçməsi üçün bütün tədbirləri görmüşdür...Azərbaycan Dağlıq Qarabağ və Zəngəzurun mübahisəli ərazi kimi Paris sülh konfransında həll olunacağını gözləyəcəkdir".

Erməni stenoqraf protokolda "General Tomson dediklərinin evin divarlarından kənara çıxmayacağını bilərək açıq danışır..." qeydini etməyi də unutmayıb.

Bolşevik Rusiyasının Azərbaycana gəlişinə qədər Qafqazda cərəyan edən bütün proseslərdə ingilislərin əsas ssenari müəllifi, rejissor və baş rolun ifaçısı olduğu, Azərbaycandan qoparılıb Ermənistana veriləcək torpaqların sərhədlərinin cızıldığı arxivlərimizdə saxlanan bu və digər xeyli sənədlərdən də aydın görünür. Tomsonun Ermənistan hökumətinin rəhbərləri Xatisov və Tiqranyanla həmin iclasdakı dialoqları da çox mətləblərdən xəbər verir, həm də o vaxtkı erməni və azərbaycanlı siyasətçilərin Zəngəzur, Dağıq Qarabağ məsələsinə münasibətlərindəki, eləcə də xarakter və düşüncələrindəki fərqləri göstərir. 

Bu iclasdan 4 gün sonra - aprelin 2-də Gorusda "Sisian və Zəngəzurun qurultayı" keçirilir və qərar qəbul edilir: "Azərbaycanın Ermənistanın bir hissəsi olan Zəngəzuru tutmaq cəhdlərinə qarşı silahla cavab verilsin".

Ermənilərə verilən tarixi dərs

1918-ci il sentyabrın 4-dən başlayaraq general Andranik Uzunyan Amerika, Fransa, İngiltərə, Yunanıstan və Rusiyanın çox böyük səxavətlə silahlandırdığı ciddi hərbi intizama malik qoşunla Zəngəzurda 115-dən çox türk-kürd kəndini dağıtmış, Sisian və Gorusun 70 kəndində hər beş müsəlmandan birini qətlə yetirib Gorusu mərkəz seçərək özünü "Zəngəzur qubernatoru" elan etmişdi. Ancaq elə həmin günlərdə Zəngəzurda tariximizin yaddaşına xalqın iradəsinin nəyə qadir olduğunu göstərən bir şanlı səhifə də yazılmışdı. Laçınlı Sultan bəy Paşabəy oğlu Sultanov öz dəstəsi ilə Zabux dərəsində Andranikin canlı qüvvəsini mühasirəyə salaraq, barmaqla sayılacaq qədər mühafizəçiləri istisna olmaqla tamamən məhv etmişdi. Andranik bu biabırçı məğlubiyyətdən sonra xəfiyyəsi olduğu, planlarını yerinə yetirməyə zamin durduğu İngiltərə və Fransa hökumətlərinin yardımı ilə miskin görkəmdə 1919-cu il martın 25-də əvvəl Tiflisə, oradan da Avropa və Amerikaya qaçmışdı.

Erməni daşnakları Əsgəran qalası, Şuşa da daxil, bütün dağ Qarabağa nəzarəti ələ keçirib "Qarabağ Respublikası" yaratmışdı. "Bakı Soveti" isə Şaumyanın əlində idi. Koalisiya qüvvələrinin - ingilis, fransız, italyan hərbçi və diplomatlarının təlimatı ilə hazırlanıb qarşıya qoyulan məqsəd Rusiyanı Qafqazdan çıxarıb yenicə müstəqilliklərini elan etmiş 3 respublikanı özlərinin nüfuz dairəsinə daxil etmək, Bakı neftinə yiyələnmək, Naxçıvanla Şuşa arasında yaşayan müsəlman əhalini məhv etməklə bu əraziləri boşaldıb yeni yaradılacaq xristian Ermənistan respublikasına qatılmasına maneəsiz zəmin hazırlamaq idi. Zəngəzur və Qarabağdakı erməni qoşunlarının birləşib Gəncəyə hücum etməsi, Azərbaycan Milli Şurasını - Azərbaycan Xalq Cümhuriyyətini beşikdəcə boğmaq, Bakıya tərəf hərəkətə başlayıb Bakı sovetinin hərbi hissələri ilə birləşib "böyük Ermənistan" ideyasını tez bir zamanda reallaşdırmaq, Nuru Paşa komandanlığından Qafqaz İslam Ordusunun hərbi yardımı gəlib çatanadək Qafqazda - Türkiyə və İranla Rusiya arasında elan edilmiş müsəlman-türk cümhuriyyətinin yaranmasına imkan verməmək, koalisiya qüvvələrinin Atatürk komandanlığında Anadoluda uğradıqları sonuncu səlib yürüşündəki acı məğlubiyyətin əvəzini Qafqazda müsəlman türklərindən çıxmaq əsas məqsəd idi.

Ötən il 140 yaşı tamam olan Sultan bəy Azərbaycan tarixinə öz adını həm də Azərbaycan Xalq Cümhuriyyətinin xilaskarı kimi əbədi yazdırmışdı. Sultan bəy tarixdə misli az-az olan peşəkarlıq, ermənilərin yuxuda da ağlına gəlməyən müdrik dəqiqliklə hazırlanmış həmin cəsarətli hərbi əməliyyatı Azərbaycan Xalq Cümhuriyyəti hökumətindən hərbi kömək almadan, ermənilərin havadarlarının bu planını puça çıxarmışdı. Həmin günlərdə paralel olaraq Sultan bəyin qardaşı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Gəncə, sonra da Qarabağ quberniyasının general-qubernatoru Xosrov bəy Sultanovun rəhbərliyi altında Qarabağdakı milis və yenicə təşkil edilən hərbi dəstələrin iştirakı ilə erməni hərbi hissələrinə qarşı uğurlu əməliyyatlara başlanmış, Əsgəran və Şuşa azad edilmiş, erməni milli şurası Şuşadan qovulmuşdu.

Lakin çox təəssüf ki, ermənilərin Laçında, Şuşada, Əsgəranda aldıqları sarsıdıcı zərbələrdən və Nuru Paşa ordusunun Bakını azad edəndən sonra da Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzur və Qarabağda erməni mövcudluğuna son qoymaq fürsətini əldən verdi.

Xosrov bəy Sultanov: "...geciksək, Zəngəzur və digər qəzaları itirəcəyik"

Xosrov bəy Sultanovun 1918-ci ilin mayından başlayaraq aprel 1920-ci ilədək Nazirlər Şurasına, Hərbi Nazirliyə, Milli Şuraya, Baş nazirlər Fətəlixan Xoyski və Nəsibbəy Yusifliyə ünvanladığı xeyli məktub, teleqram və raportlar arxivlərdə qalır. Xüsusən Qafqazda əsas söz sahibi olan ingilis generalı Şatelvortla Qarabağ məsələsinə dair apardığı müzakirələrdən dərhal sonra 25 iyun 1919-cu il tarixdə Milli Şuraya göndərdiyi "Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq yaranmış vəziyyət və onun düzəldilməsi üçün zəruri tədbirlər" adlı məlumat-məruzəsi, eləcə də Zəngəzur qəzasının rəisi Məlik Namazəliyevin Gəncəyə, ardınca da Bakıya göndərdiyi onlarca məktub, teleqram da Milli Şuranı, AXC Hökumətini lazımi zamanda qətiyyət, siyasi iradə, cəsarətli hərəkətə keçməyə sövq edə, inandıra bilmədi. Xosrov bəy həmin günlərdə israrla xarici emissarların kölgəsində Qarabağda lövbər salmış Erməni Milli Şurasına və onların himayəsindəki silahlı dəstələrə 6 gün ərzində tabeliyindəki hərbi hissələri ilə birlikdə Qarabağ və Zəngəzurun hüdudlarından çıxması barədə ultimatum verilməsini, yuxarı Qarabağ ərazisindəki əslində mövcud olan ikihakimiyyətliyə son qoyulmasını, imtina edib çıxmadıqları təqdirdə, AXC-nin hərbi hissələrinin təxirə salınmadan Zəngəzura yeridilməsinə icazə və kömək istəyirdi, İranla sərhəd bölgələrində boş-boşuna dayanmış 600 nəfərlik top-tüfəngli hərbçilərin bu məqsədlə onun sərəncamına göndərilməsini rica edirdi.

General-qubernator Xosrov bəy sülhü və danışıqlardan istifadəni də məqbul sayırdı, məkrli qüvvələrin əli ilə Zəngəzur və Qarabağın dinc erməni əhalisinin də müsəlman türklərlə bərabər düçar olduğu bəlaları sadalayaraq özlərini vətənsevər, erməni millətinin xilaskarları adlandıran fitnəkarların hərəkətlərinə müqavimət göstərməyə, onların yalançı vədlərinə uymamağa çağırırdı. Xosrov bəyin Zəngəzur sakinlərinə rus, türk, erməni dillərində ünvanladığı müraciətdən: "Zəngəzur camaatı, fəhlələr və kəndlilər, mən sizə üz tuturam.. nümayiş etdirin ki, sizin anarxist və avantürist elementlərlə heç bir əlaqəniz yoxdur. Elə olarsa, mən sizə şəxsiyyət və əmlak toxunulmazlığı təminatı verirəm və mən həmişə sözümün sahibi olmuşam. Lakin əgər qanundankənar elementlərlə əlaqəyə cəhd göstərsəniz, siz Azərbaycan Respublikasının qanunlarına zorla tabe etdirmək üçün mənim kifayət qədər imkanlarım vardır. Belə olsa, töküləcək qan üçün məsuliyyət sizin üzərinizdə qalacaqdır". Bu müraciətin ardınca 1919-cu il avqustunda Şuşada Qarabağ ermənilərinin 7-ci qurultayının (Zəngəzur və Qarabağda Azərbaycan türklərinin hər hansı toplantısı barədə məlumat tapa bilmədik - H.N) vəkil etdiyi təmsilçilər Azərbaycan hökumətini tanıyıb tabe olacaqları barədə Xosrov bəylə yazılı saziş imzaladılar.

Erməni məsələsində tutduğu qətiyyətli mövqenin nəticəsi olaraq Rusiyada ali hərbi tibb təhsili almış general Xosrov bəy tezliklə istefaya getməyə məcbur oldu və yeni hökumətdə əkinçilik naziri postuna təyin edildi. İngilis hərbi-diplomatik missiyası isə Gəncə, Qarabağ general-qubernatorluğunu tanımaq üçün AXC hökuməti qarşısında bir xeyli təhqiramiz şərt irəli sürdü. General Tomson Yerevandakı qapalı iclasdakı çıxışında 9 dəfə Xosrov bəyin adını hallandıraraq demişdi: "...doktor Sultanov Azərbaycanın Qarabağdakı agenti, pantürkist və Türkiyənin ən qatı tərəfdarıdır". Doğrudan da, bu qeyrətli, cəsur, vətənsevər insan ermənilərin Zəngəzurdan Şuşa da daxil olmaqla Qarabağın dağlıq hissəsinə girməsinə, Zəngəzur qırğınlarının burda təkrarına imkan vermədi, gücü, qüvvəsi yalnız bura qədər yetdi.

Andranikin şərəfsiz missiyasının davamçıları - Njde, Dro

Yuxarı Zəngəzurda axıdılan qanların torpaqdakı izləri hələ qurumamışdı. Buna baxmayaraq müsəlman-türk qanına susayan ermənilərə və onlara dayanmaq yox, irəli, vur, qır deyənlərin məkri Zəngəzurda getdikcə daha qanlı formalarda davam edirdi.
Budur, həmin qanlı qırğınların növbəti siqnalını verən bədnam əmr:

"Qafan-Genvaz-Tatev hərbi hissələrinə
ƏMR
Əsgərlər, sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır.
Bütün kəndləri yandırın, talan edin, hücum zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən istifadə edin...
İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir.
Qafan, Tatev (Gorus)-Genvaz (Meğri) hərbi qüvvələrinin ümumi komandanı Njde"

1919-cu il dekabrın 1-də sübh çağı üç istiqamətdə başlayan hücumlarda - Oxçuda əvvəlcə əli silah tutan kişilər gülləyə qənaət etməkdən ötrü xəncərlə doğranıb, gürzlərlə başları əzilib, ardınca da məscidin içinə 400-dən çox qadın və uşaq doldurulub, içəri qumbaralar atılıb, sonra od vurub yandırılıb. Bu kəndin 1400 sakinindən yalnız 10-12 nəfəri sağ qurtulub, öldürülənlərin yalnız 133-nün kimliyini tanımaq mümkün olub, Şabadindən cəmi 8 kişi, 7 qadın sağ çıxıb. Atqız kəndinin 4000 sakinindən yalnız 261 nəfəri mühasirədən çıxa bilib, onların da 167-si Gığı dərəsindən Ordubada keçən qarlı, şaxtalı yollarda donaraq ölüb, Çaylıda 900 müsəlman öldürülüb, tam mühasirəyə alınmış Mədən, Şəhərcik, Buğacıq, Mollalı, Həkəti, Keçi Sofulu, Kurud, Keçili, Əsgərli, Pirçevan, Zəngəzur qəzasının 3-cü sahəsinin (Qubadlı rayonu) Xocahandan Qaladərəsinə qədər ərazidəki 48 kəndin əhalisi amansızlıqla qətlə yetirilib, evləri talan, qarət edilərək yandırılıb. Qubadlının 1993-cü ilin 31 avqust işğalına qədər o kəndlərin bir çoxunun xarabalıqları dururdu, heç kəs oralarda yenidən məskən salmağa ürək etməmişdi. Bəzi kəndlərin isə yalnız adları arxiv sənədlərində qalıb.

Njde bu qırğın əmrini verəndən cəmi 1 həftə əvvəl - 23 noyabrda Tiflisdə Ermənistan və Azərbaycanın baş nazirləri A.Xatisovla N.Usubbəyov arasında Amerika ordusunun baş qərargah polkovnikinin, Gürcüstan xarici işlər nazirinin iştirakı ilə sülh sazişi imzalanmışdı və dekabrın sonlarına ABŞ, Böyük Britaniya, Fransa, İtaliya hökumətlərinin Qafqazdakı missiya başçılarının iştirakı ilə birgə sülh konfransının keçirilməsi barədə razılıq əldə olunmuşdu. Budur erməni məkri, hiyləsi.

Arxivlərdə, son illər nəşr edilmiş kitablarda, o cümlədən AXC Parlamentinin iclas stenoqramlarında 1919-cu ilin noyabrından başlayaraq onlarca ziyalının, el-oba ağsaqqalının, hökumət tərəfindən vəkil edilmiş Zəngəzur qaçqınlarına yardım komitəsi üzvlərinin imzaları ilə göndərilmiş xəbərdarlıq teleqramlarından, xüsusən Zəngəzurdan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş Cəlil Sultanovun AXC Hökumətinə, parlamentə, "Müsavat", "İttihad", "Sosialistlər" fraksiyalarına ünvanladığı, Zəngəzurdan deputat seçilən Mirzə Sadıq Axundzadə tərəfindən parlamentdə oxunan, "Azərbaycan" qəzetində dərc edilən, dekabrın ilk günlərindən - Njdenin hücumları başlanmazdan əvvəl və sonra birbaşa qırğın yerlərindən, Zəngəzurdan, Qarabağdan gələn harayları dinləyək, erməni qətliamlarının tükürpədən gerçəkliklərinin əks olunduğu teleqramlardan bir neçəsinə nəzər salaq:

"Biz Oxçu-Şabadin və Gığı dərəsi sakinləri hər tərəfdən ermənilərlə əhatə olunmuşuq, onların bütün əməlləri və rəftarları bizə hücum etməyə hazırlaşdıqlarını açıq şəkildə sübut edir, onların köməyinə nizami qüvvələr gəlib. Onların top və pulemyotları var. Biz çıxılmaz vəziyyətdəyik, biz qorxuruq. Sizin ayaqlarınıza düşüb mərhəmət diləyirik və bizi xilas etməyinizi xahiş edirik. Bizə güllə və pulemyotu olan bir neçə zabit göndərin. Əgər göndərməsəniz, xəbər verin ki, biz vaxtında öz kəndlərimizi tərk edək, yoxsa biz bilirik ki, xilas ola bilməyəcəyik".

"Silahının gücünü Zəngəzurun həmişə təqiblərə məruz qalmış, məzlum, bədbəxt müsəlman əhalisi üzərində sınayaraq cəzasız qalan ermənilərin təcavüzkar hərəkətləri barədə hökumətə dəfələrlə xəbər verilmişdir. Zəngəzur müsəlmanlarının müdafiəsi üçün hökumət tərəfindən indiyədək heç bir real tədbir görülməmişdir. Hökumətin fəaliyyətsizliyindən əl-qolu açılan Zəngəzur erməniləri nizami hissələrin köməyi ilə birləşmiş Qarabağ qüvvələri kimi hərəkət edib bütün yolüstü müsəlman kəndlərini məhv etmək, Qarabağa daxil olaraq Əsgəranı tutmaq, Şuşanı almaq qərarına gəliblər. Bu qərar indi icra edilir. Xankəndində əhalinin müdafiəsi tapşırılan qarnizon əmr verilmədən müdafiəyə başlamağa cəsarət etmir. Cinayətkar ermənilərin hökmranlığına və belə biabırçı hadisələrə son qoymağı, Qarabağ və Zəngəzurun mühüm ehtiyaclarının həlli üçün bir dəqiqə vaxt ayırmağa sizdən sonuncu dəfə xahiş və tələb edirik, əks təqdirdə, hökumətin köməyini və icazəsini gözləmədən özünümüdafiə tədbirləri görməli olacağıq".

"Fərəcan, Göyyal, Çərəli səkkiz kənd yanır, tüstü göyün üzünü bulud kimi alıb. Mən 300 silahlı adamımı ora Zəngəzura kömək üçün göndərmişəm. Lakin bu, dənizdə bir damladır. Xahiş edirəm tədbirlər görəsiniz. Bizim qüvvəmizlə onların qarşısını almaq olmaz".

"Ermənilər Zəngəzurun 3-cü sahəsini (Qubadlı rayonu) işğal etdilər. Hücum 4-cü sahəsinə və Cəbrayıl qəzasının sərhədində gedir. Ermənilərin 8 topu, 60 pulemyotu var, Ararat qoşunları mütəşəkkildir. Patronları, silahları olmayan müsəlmanlar geri çəkilməyə məcburdurlar. Zəngəzurda artıq hər şey bitib".

"Bu gün axşam vaxtı qəza rəisi ili birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Ermənilərin döyüş meydanında qalmış ölüləri arasında bir neçə ingilis əsgəri də vardı. Xocahan və Zabux arasındakı bütün yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur. Əkərə çayının sağ sahili boyu üçüncü polis sahəsi tamamilə toplarla və pulemyotlarla məhv edilmişdir. Bu gün Zəngəzur qəzasının dördüncü polis sahəsinin sağ qalan hissəsini ermənilər mühasirə ilə kəsib ayıraraq onun da axırına çıxırlar. (ARDA: f. 895, siy. 1, iş 299, vər. 18, 22, 26).

Sonradan yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının məruzəsindəki faktlardan aydın olur ki, Cəbrayıl və Cavanşir qəzalarında da hücum və qırğınlar eyni amansızlıqla davam etmişdir. 

İngilis jurnalisti Skotland-Liddell həmin qanlı yanvar günlərində Zəngəzura gəlib törədilən qırğınları şəxsən görüb yanvarın 30-da Tiflisdə bölgəyə səfərində gördüklərini "Müsəlmanlarla müharibə, ermənilər yenidən hücum edirlər" adlı məqaləsində əsl həqiqəti qələmə alıb, şəxsi müşahidələrinə əsasən bu qənaətə gəlib: “Erməni məkri təkcə türk xalqlarına deyil, ümumiyyətlə, bəşəriyyətə qarşı xəyanətdir. Ermənilər istədiklərinə nail olmaq üçün həmişə ən yaramaz üsullara əl atmağa hazırdırlar. Təəssüflər olsun ki, ermənilərin hiyləgərliyini olduğu kimi, çılpaqlığı ilə anlamaq və başa düşmək dünya xalqları üçün olduqca çətindir. Həmişə bütün dünya qarşısında ağlamaqla, yalvarmaqla və göz yaşı tökməklə yazıq, zavallı imici qazanmış ermənilərin imkan tapan kimi törətdikləri qəddarlıqların da həddi-hüdudu yoxdur.”
Məqalədə müsəlman türklərin axıdılan günahsız qanları yerdə qoymayacağına inam ifadə olunur və bu sözlərlə bitir: “...Həmin günü gələndə heç nə erməni xalqını xilas edə bilməyəcəkdir".

Hacı NƏRİMANOĞLU
"Zəngəzur" Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!