Bu, Azərbaycanın gücünün nümayişi idi - AÇIQLAMA
- 16:32 - 20 Fevral
Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında ən yüksək səviyyədə qəbul edilməsi, orada keçirdiyi görüşlər və verdiyi mesajlar anti-Azərbaycan güclərə, xüsusən də Fransaya tərs şilləsi idi.
Bunu Avropa. info-ya açıqlamasında deputat İlham Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra xalqın etimadını qazanan Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və tədbir çərçivəsində keçirdiyi görüşlər ciddi beynəlxalq rezonansa səbəb oldu. "Prezident İlham Əliyevin ABŞ dövlət katibi Entoni Blinken, Almaniya kansleri Olaf Şolts, ATƏT Baş katibi və digər çoxsaylı görüşlər keçirməsi başda Fransa olmaqla anti-Azərbaycan güclərə tərs bir şillə vurmuş oldu. Onların gözləntiləri özünü doğrultmadı. Anti-Azərbaycan güclər bir daha gördülər ki, onların düşündüyü kimi Qərb ölkələri Azərbaycanla əlaqələrin pozulmasında deyil, əksinə daha sıx münasibətlərin qurulmasında maraqlı olduqlaırnı ortaya qoydu. Bununla da həmin güclər özlərini pis vəziyyətə qoymuş oldu. Bir daha Azərbaycan başda Fransa olmaqla həmin anti-Azərbaycan güclərə öz meydançalarında məğlubiyyətə uğratdı. Bir daha onlar Azərbaycanın gücünün şahidi oldular", - o qeyd edib.
O əlavə edib ki, cənab Prezidentin Münhen səfəri Qərbin Azərbaycanın bölgədə yaratadığı geosiyasi reallığı qəbul edib, ona uyğun əməkdaşlıq etməsində maraqlı olduğunu bir daha ortaya qoydu:
"Bu, eyni zamanda Azərbaycanın müstəqil xarici siyasətə yürüdən güclü olkə olduğunun dünyaya nümayişi idi. Çünki dünyanın ən aparıcı ölkələri, o cümlədən transmilli şirkətlər Azərbaycanla əməkdşalıqda maraqlıdırlar. Bu isə onu deməyə əsas verir ki, artıq dünya gücləri də Azərbaycanı yeni düzənində, xüsusən də Avrasiya coğrafiyasında ciddi aktor roluna malik dövlət kimi qəbul edirlər. Bu gün Azərbaycan təkcə enerji cəhətdən deyil, həm də yeni dünya düzənin ən əsas amili olan logistik cəhətdən də qovşaq bir ölkə rolunu oynamaqdadır. Azərbaycan buna cənab Prezidentin yürütdüyü uzaqgörən, çevik və qətiyyətli siyasəti nəticəsində nail olub. Bu gün Azərbaycan Avropa ilə Asiyanı deyil, o cümlədən Avrika qitəsini birləşdirən ən sərfəli nəqliyyat dəhlizi rolunu oynamaqdadır və ölkəmizin əhəmiyyətə bu gün baş verən proseslər fonunda daha da artmaqdadır. Məhz cənab Prezidentin yürütdüyü çevik siyasət nəticəsində Azərbaycan mühüm geopolitik proseslərdə açar ölkələrdən birinə çevrilib. Bu da azərbaycanın gücünə əlavə güc qatmaqdadır. Bax Münhen səfərini bütün bunları çılpaqlığı ilə ortaya qoydu.
Bu, eyni zamanda, beynəlxalq güc mərkəzlərinin Cənubi Qafqaz və ətraf regionlar üzrə layihələrinin taleyi həm də Azərbaycanın iradəsindən asılı olduğunu nümayiş etdirdi".
Prezidentin Tükiyəyə səfərində gəldidkdə isə deputat deyib ki, bu səfər Ermənistan və onun havadarlarına ciddi xəbərdarlqı mesajı olmaqla yanaşı, Türk dünyasının sıx inteqrasiya və yeni güc mırkəzi kimi formalaşaarq ortaya çıxması baxımdan mühüm əhəmiyyət kəsb edir: "Bu səfər təkcə iki ölkə və ya bölgənin gələcəyi, sülhün, sabitliyin bərqərar olması baxımdan deyil, Türk dövlətləri arasında və Avrasiya coğrafiyasında sıx əməkdaşlığın yaranması baxımdan əhəmiyyətli rola malikdir. bu həmçinin iki qardaş ölkə arasında birliyin, həmrəyliyin nümayişidir. Dünyaya mesaj verildi ki, kimsə bu birliyi poza bilməz. Əkisnə bur birlik Ulu öndər Heyrəd Əliyevin müəyyən etdiyi "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq getdikcə daha da dərinləşəcək və güclənəcək. Bu birlik bölgədə sülhün, sabitliyin, təhlükəsziliyin və sıx əməkdaşlığın təminatçısı rolunu oynayacaq".
Avropa.info